23.09.2019

DSX əməkdaşı bıçaqlandı

Sentyabrın 20-si saat 21:05 radələrində Dövlət Sərhəd Xidmə­tinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazi­sin­də Cəlilabad-Yardımlı avtomobil yolunda Buravar kəndinin ya­xın­lığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu avtomo­bilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli apar­­ması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Şübhəli şəxs gizlin yerdən bağ­la­ma götü­rərək hadisə yerin­dən uzaq­laş­mağa cəhd edərkən sərhədçilər tərə­findən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət gös­tərib, baş leytenant Al­lahverdi İsmayılova bı­çaq ilə xəsarət yetirib. Buna baxmayaraq sər­hədçi zabit şücaət nü­mayiş etdirib və cinayətkarı tərkisilah edərək saxlayıb.

Hadisə zamanı xəsarət almış sərhədçiyə təxirəsalınmaz tibbi yar­­­dım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Əliyev Elşən Dövlət oğlu olması müəyyənləşdirilib, əraziyə atılan bağla­maya baxış zamanı içərisində 1 kq 125 qram “marixuana”, 1 kq 10 qram “tiryək” və 450 qram “heroin” narkotik vasitə aşkarlanaraq götürülüb.

İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçan digər şəxsin saxla­nılması istiqamətində təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri həyata keçirilib, ərazi dərhal qapadılaraq ətrafda axtarış aparılıb. Nəticədə hadisə yerindən qaçmış şəxs Cəlilabad rayonunun Buravar kəndi­nin yaxınlığında saxlanılıb. Həmin şəxsin 1979-cu il təvəl­lüdlü Naxçıvan MR, Babək ra­yon sakini Quliyev Samir Vidadi oğlu olması müəyyənləşdirilib, avto­mo­bi­lin içərisindən 55 qram “tiryək” narkotik vasitə və şəxsi əşyalar aşkarla­naraq götürülüb.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam et­di­rilir.

Mənbə axar.az


Digər xəbərlər


Məhdudiyyətlər KİV-ə də şamil ediləcək

«Ola bilsin ki, məhdudiyyətlər Kütləvi İnformasiya Vasitələrinə də şamil ediləcək». Gulustan.info xəbər verir ki, bunu bu gün Nazirlər K...

SON DƏQİQƏ! Lukaşenko höküməti istefaya göndərdi

Belarusiyada hökumət istefaya göndərildi. Kanal8 xəbər verir ki, Belarusiya Prezidenti Aleksandr Lukaşenko hökuməti istefaya göndərib. Lukaşenk...

190 manat yenidən aktuallaşa bilər

“190 manat birdəfəlik ödəmə aprel və may ayları üçün nəzərdə tutulmuşdu”. «190 manat birdəfəlik ödəmənin verilməsi yenidən aktuallaşa bilər&#...

Həftə sonları bütün ticarət mərkəzləri bağlı olacaq

“Bu həftə cümə günü dövlət müəssisələrində iş saatlarının qısaldılması barədə müraciət olunub». Gulustan.info xəbər verir ki, bunu bu gün Naz...