08.11.2019

Bakı-Gəncə-Bakı istiqamətinə qatarların sayı artırılır

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir.

Bu barədə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Məqsəd Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etməkdir.

Noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 8:45-də Bakıdan yola düşəcək və saat 13:00-da Gəncəyə çatacaq.

Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Saat 8:45-də Bakıdan yola düşəcək qatar saat 13:00-da Gəncədə olacaq. Saat 17:00-da isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat 21:15-də Bakıya çatacaq.

Mənbə trend.az


Digər xəbərlər


Rusiyada İES-də qəza - Putin fövqəladə vəziyyət elan etdi

Rusiyanın Norilsk şəhərində ekoloji fəlakət baş verib. Gulustan.info xəbər verir ki, bölgədəki istilik elektrik stansiyasında baş verən qəza nətic...

Fərdi avtomobillərin hərəkətinə icazə verilmir - RƏSMİ

“Fərdi avtomobillərin hərəkətinə icazə verilmir». Gulustan.info xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təş...

DOST mərkəzləri də fəaliyyətini dayandırır

Nazirlər Kabinetinin qərarına əsasən, 5 iyun saat 14:00-dan 8 iyunadək DOST mərkəzləri və 142 Çağrı Mərkəzi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək....

Həftə sonu sərnişindaşımalar tam dayandırılacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) sərt karantin rejimi müddətində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan müəssisə və təşkila...