02.12.2019

Bugünkü külək də fəsadsız ötüşmədi — Foto

Bu gün Bakıda əsən güclü külək nəticəsində səkkiz ağac aşıb.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, ağacların aşması nəticəsində iki maşına ziyan dəyib:

“Xoşbəxtlikdən xəsarət alan olmayıb. Ağacların aşma halları paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Sabunçu rayonlarında daha çox müşahidə olunub”.

Birliyin rəisi qeyd edib ki, hazırda Birliyin əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar:

“Vətəndaşlar diqqətli olmalıdırlar. Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar”.(oxu.az)

Mənbə moderator.az


Digər xəbərlər


DSX generalı və Hərbi prokurorun müavini Ermənistanla sərhəddə olublar - FOTOLAR

Dövlət Sərhəd Xidmə­ti (DSX) və Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına uyğun olaraq dövlət sərhədinin etibarlı mühafizəsi, hərbi in...

Obama Tramp hökumətini tənqid edib: "Buna Amerika inqilabı deyilir"

ABŞ-da polis tərəfindən afroamerikalı Corc Floydun öldürülüməsindən sonra ölkəni etiraz dalğası bürüyüb. Gulustan.info xəbər verir ki, baş verən o...

ÜST: Ölkələr daha sərt karantin qaydaları tətbiq edə bilər

Koronavirusun mutasiya nəticəsində daha yoluxucu və ölümcül olduğu iddiasını Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rədd edib. Gulustan.info xəbər veri...

Nazirlik aksiya keçirən tələbələrin görüntülərini yaydı – Video

Təhsil Nazirliyi iyunun 1-də qəbul edilmiş 3 tələbənin nazirliyin binasını sərbəst tərk etdiyini sübut edən videogörüntü paylaşıb. Bu barədə Təhsi...