07.01.2020

Sony şirkəti Vision-S adlı konseptual elektromobilini təqdim etdi — VİDEO

Sony şirkəti hal hazırda Las Veqasda keçirilən CES 2020 sərgisində öz konfransını keçirtdi və heç gözlənilmədən həmin konfrans çərçivəsində Sony Vision-S adlı konseptual elektrikli sedanı təqdim etdi. Elektromobilə konfransın sonunda bir neçə dəqiqə zaman ayrıldığına görə onun barəsində məlumat hələ azdır. Bu barədə The Verge saytı xəbər verib.

Beləliklə təqdimat zamanı verilmiş məlumata əsasən sözügedən elektromobil saatda 100 km sürəti 4.8 saniyəyə yığır və iki mühərrikli elektromobilin maksimal sürəti saatda 239 km təşkil edir. Sony Vision-S daxildən və xaricdən 33 növ müxtəif ötürücülər və o cümlədən 360 Reality Audio adlı audiosistem ilə təchiz olunub. Elektromobilin daxilində bir neçə sensorlu ekran yerləşdirilib. Həmçinin arxa sərnişinlər üçün ön oturacaqların arxa hissələrində də sensorlu ekranlar var.

Qeyd etmək lazımdır ki, sözügedən elektromobilin bir sıra komponentləri digər şirkətlər tərəfindən hazırlanıb. Məsələn onların arasında Bosch və BlackBerry kimi şirkətlər var. Elektromobilin sahib olduğu platforma isə Magna şirkəti tərəfindən hazırlanıb.

Bundan əlavə olaraq, elektromobilin sahib olduğu platformadan digər nəqliyyat növlərində də istifadə etmək olar. Məsələn off-road avtomobillərdə. Təəssüflər olsun ki, konfrans zamanı Sony şirkəti bu elektromobilin nəticədə irimiqyaslı istehsalat mərhələsinə keçib-keçməyəcəyi və keçəcəyi halında hansı qiymətə satılacağı barəsində bir məlumat verməyib. 

Mənbə technote.az


Digər xəbərlər


Sosial yardımın verilmə müddəti azaldıldı

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılıb. Gulustan.info-nun m...

Bu banklara bir ay möhlət verilib

«İki banka kapitalın artırılması üçün möhlət verilib». Gulustan.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sə...

11 nömrəli marşrut xəttində “BakuBus” avtobusları xidmət göstərməyə başlayıb

Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC tərəfindən icra edilir. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-...

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE («InterContinental Exchange Futures”) birjasında «Brent” markalı neftin bir ...