09.01.2020

OnePlus şirkəti görünməz kameralara sahib Concept One adlı smartfon üzərində işləyir — Foto/Video

OnePlus şirkəti keçən il söz verdiyi kimi CES 2020sərgisində Concept One adlı smartfon prototipini təqdim edib. Bu smartfonun əsas özəlliyi isə ondan ibarətdir ki, o, görünməz kameralara sahibdir. Bu barədə Engadget saytı xəbər verib. Təqdim olunmuş smartfon prototipinin dizaynı məşhur McLaren markalı avtomobil dizaynında reallaşdırılıb. Qeyd etmək lazımdır ki, OnePlus şirkəti öz smartfonlarının premium versiyalarını məhz McLaren dizaynında hazrlayır.

OnePlus Concept One modelinin arxa paneli dəri material ilə əhatə olunub və arxa panelin yuxarı hissəsində McLaren loqosu yerləşdirilib. Smartfon üçlü arxa kamera ilə təchiz olunub və həmin kameralar şüşə materialın alt hissəsində yerləşdirilib. Daha dəqiq desək, bu, 5 nazik şüşə laydan ibarət materialdır. Həmin şüşələrdən ortada yeləşəni isə vacib elektroxrom materialdır. Bu cür şüşə örtük cərəyanın istiqamətlənmiş verilişində qaralma özəlliyinə sahibdir.

Başqa sözlə desək, kamera aktiv olmadığı halda şüşə örtük qaralır və onun altında yerləşən kamera modulları görünmürlər. Lakin kamera işə düşən zaman şüşə örtük şəffaf olur. Bütün bu proses 0.7 saniyə ərzində baş verir. Bu cür texnologiya həmçinin McLaren avtomobillərində və təyyarələrdə istifadə olunur. İdeya maraqlı olsa da bu sadəcə bir prototipdir. OnePlus şirkətinin nəticədə bu cür smartfonu satışa çıxardıb-çıxartmayacağı və çıxardacağı halda onun hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur.

Mənbə technote.az


Digər xəbərlər


Sosial yardımın verilmə müddəti azaldıldı

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılıb. Gulustan.info-nun m...

Bu banklara bir ay möhlət verilib

«İki banka kapitalın artırılması üçün möhlət verilib». Gulustan.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sə...

11 nömrəli marşrut xəttində “BakuBus” avtobusları xidmət göstərməyə başlayıb

Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC tərəfindən icra edilir. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-...

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE («InterContinental Exchange Futures”) birjasında «Brent” markalı neftin bir ...