13.01.2020

Elektrikli Hummer pikapı satışa çıxarılacaq

General Motors şirkəti 2022-ci ildə Hummer markalı avtomobillərin satışlarını bərpa edəcək. Lakin bu dəfə Hummer markalı avtomobil tamamilə elektrikləşdirilmiş olacaq. Elektrikli Hummer-in digər texniki özəllikləri barəsində hələ məlumat yoxdur. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Qeyd etmək lazımdır ki, General Motors şirkəti Hummer markalı avtomobillərin istehsalını 2010-cu ildə dayandırmışdı.

Ola bilər ki, elektrikli Hummer modeli məhdud sayda satışa çıxsın. Pikap Hummer modeli General Motors şirkətinin növbəti illərdə satışa çıxartmağa planlaşdırdığı bir sıra elektrikləşdirilmiş pikap modelləri arasında ilklərdən olacaq. Məlumata əsasən şirkət ayrıca Hummer markasını bərpa etmək niyyətində deyil.

 Bunun yerinə bu marka GMC-nin (General Motors-un brendi) avtomobil modellərindən biri olacaq. Qeyd etmək lazımdır ki, GMC isə öz növbəsində yük maşınları və off-road avtomobillərin istehsalı ilə məşğul olur. Məlumatda qeyd olunub ki, elektrikli Hummer modelinin reklam olunması üçün General Motors məşhur baketbolçu Lebron James-i işə cəlb edib. Məlumata əsasən elektrikli Hummer-in ilk reklam videosu artıq gələn ay təqdim ediləcək. 

Mənbə technote.az


Digər xəbərlər


Sosial yardımın verilmə müddəti azaldıldı

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılıb. Gulustan.info-nun m...

Bu banklara bir ay möhlət verilib

«İki banka kapitalın artırılması üçün möhlət verilib». Gulustan.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sə...

11 nömrəli marşrut xəttində “BakuBus” avtobusları xidmət göstərməyə başlayıb

Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC tərəfindən icra edilir. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-...

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE («InterContinental Exchange Futures”) birjasında «Brent” markalı neftin bir ...