13.01.2020

İran Trampı məhkəməyə verməyə hazırlaşır

Rəsmi Tehran ABŞ Prezidenti Donald Trampı general Qasım Süleymaninin öldürülməsinə görə məhkəmə yolu ilə mühakimə etmək niyyətindədir.

“TASS”a istinadən xəbər verilir ki, bunu İran Ali Məhkəməsinin sədri İbrahim Raisi deyib. Onun sözlərinə görə, qanun pozuntusuna görə cinayət işi açılacaq.

“Biz ABŞ prezidenti təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb etməliyik. Biz bunu belə qoymayacağıq. O, beynəlxalq müstəvidə mühakimə olunmalıdır”, — deyə Raisi bildirib.

O əlavə edib ki, bu məsələ İnsan hüquqları üzrə Şura (İran Ali Məhkəməsi yanında təşkilat – red.) və Xarici İşlər Nazirliyi səviyyəsində həll olunmlaıdır:

“Süleymaninin öldürülməsi bütün mümkün qanunların pozulması deməkdir. Çünki o, terrorizmlə mübarizənin simvolu və məzlum insanların dəstəkçisi idi”.

Raisi məhz hansı beynəlxalq orqana müraciət etməyi planlaşdırdıqları barədə hər hansı məlumat verməyib.

Mənbə qafqazinfo.az


Digər xəbərlər


Tramp Qeyts və Sorosun hədəfində – “Amerikada, Amerika səfirliyi işə başlayıb”

“Amerikada Amerika səfirliyi işə başlayıb, xəbərimiz yoxdur..? Daha doğrusu Tramp liberal-demokratların hədəfində”. Bu fikirləri Kanal8-də ABŞ-da ...

İlham Əliyev 3 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”...

İran parlamentində yerdəyişmə nədən xəbər verir? – Politoloqun şərhi

İran Məclisinin 11-ci çağırışının mayın 27-də açılış mərasimi keçirilərək parlamentə yeni sədr seçilib. Bu Məhəmmədbağır Qalibaf olub. İran parlam...

“Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edib. “Dövlət satınalmaları haqqında” qanun 36.9-cu maddəsinə aşağıdak...