13.01.2020

İranın Londondakı səfiri İngiltərə XİN-ə çağrıldı

İranın Londondakı səfiri Həmid Baidinejad İngiltərə Xarici İşlər Nazirliyinə çağırılıb.

“İnterfaks”a istinadən verilən xəbərə görə, səfir yanvarın 12-də İngiltərənin Tehrandakı səfiri Rob Makeranın saxlanılmasına etiraz məqsədilə quruma çağırılıb. 

Baş Nazir Boris Consonun Mətbuat xidmətinin nümayəndəsi Makeranın saxlanılmasını “Vyana Konvensiyasının qəbuledilməz bir pozulması” kimi dəyərləndirərək buna dair istintaq tələb edib.

Qeyd edək ki, Rob Makera yanvarın 11-də Tehranda qanunsuz etiraz aksiyasında iştirak etmək şübhəsi ilə bir müddət saxlanılıb. İran Xarici İşlər Nazirliyi diplomatın şəxsiyyətini müəyyənləşdirərək 15 dəqiqədən sonra sərbəst buraxıldığını bildirib. Daha sonra Makera etirazlarda iştirak etmədiyini, lakin Tehranda Ukrayna təyyarəsi qəzasında həlak olanların xatirəsinə aid qanuni aksiyada iştirak edəcəyini söyləyib. Səfir aksiyada beş dəqiqədən çox olmayaraq iştirak etdiyini və ayrıldıqdan yarım saat sonra saxlanıldığını sözlərinə əlavə edib.

Xatırladaq ki, yanvarın 8-də Ukraynanın “Boeing 737” təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-i Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub.

Ötən gündən etibarən İranda etiraz aksiyaları keçirilir.

Mənbə qafqazinfo.az


Digər xəbərlər


Tramp Qeyts və Sorosun hədəfində – “Amerikada, Amerika səfirliyi işə başlayıb”

“Amerikada Amerika səfirliyi işə başlayıb, xəbərimiz yoxdur..? Daha doğrusu Tramp liberal-demokratların hədəfində”. Bu fikirləri Kanal8-də ABŞ-da ...

İlham Əliyev 3 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”...

İran parlamentində yerdəyişmə nədən xəbər verir? – Politoloqun şərhi

İran Məclisinin 11-ci çağırışının mayın 27-də açılış mərasimi keçirilərək parlamentə yeni sədr seçilib. Bu Məhəmmədbağır Qalibaf olub. İran parlam...

“Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edilib

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edib. “Dövlət satınalmaları haqqında” qanun 36.9-cu maddəsinə aşağıdak...