13.01.2020

Kart sisteminə keçən marşrutların sayı yenə artdı

Nağdsız ödəniş sisteminə keçəcək növbəti marşrut xətti üzrə avtobuslar müəyyənləşib.

Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verilir ki, növbədə 46 nömrəli müntəməz marşrut xətti üzrə avtobuslardır.

Qurumdan bildirilib ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir:

«İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra olunur”.

Mənbə ekonews.az


Digər xəbərlər


Sosial yardımın verilmə müddəti azaldıldı

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılıb. Gulustan.info-nun m...

Bu banklara bir ay möhlət verilib

«İki banka kapitalın artırılması üçün möhlət verilib». Gulustan.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sə...

11 nömrəli marşrut xəttində “BakuBus” avtobusları xidmət göstərməyə başlayıb

Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC tərəfindən icra edilir. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-...

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE («InterContinental Exchange Futures”) birjasında «Brent” markalı neftin bir ...