14.01.2020

108 MP az gəldi, 256 Meqapiksel kameralı telefonlar gəlir

Bildiyimiz kimi mobil cihazlar üçün ilk 108 MP-lik kamera sensorları Samsung tərəfindən Avqust ayında təqdim edilmişdi. Kamera sensorları ekosistemində hələ öz yerini möhkəmlətməyən texnologiyanın daha üst səviyyəsi hazırlanır. Belə ki, artıq 256 MP-lik kamera sensorları üzərində işlər aparılmağa başlayıb. İlk testlər Çində edilməyə başlanıb.

Mobil telefon ekosistemindəki «Meqapiksel Savaşları» daha da qızğın bir hala bürünür. 

Şəkildən göründüyü kimi kamera tətbiqində 256 Meqapiksel dəstəyi var və aktivdir. Hələki bu cihazın hansı şirkətə məxsus olduğu bilinməsə də kamera interfeysi Xiaomi-ə çox bənzəyir. Güman edilir ki, Xiaomi, Samsung ilə yeni kamera sensoru üzərində işləyir və bu sensor 256 Meqapiksel dəstəyinə malik olacaq. Əslində təəccüblənməli hal deyil. Yeni nəsil prosessorlar bu qədər yükün altından qalxa biləcək səviyyəyə çoxdan gəliblər. Təxminlərə görə 2020-ci il bitmədən 256 MP prototiplərini, bəlkə də 256 MP kameraya malik bir telefon görə bilərik.

Mənbə technote.az


Digər xəbərlər


Vergi güzəştləri ilə bağlı qərar təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik haqqında Qanunu təsdiq edib. Kanal8 xəbər verir ki, Vergi Məcəlləs...

Sosial yardımın verilmə müddəti azaldıldı

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılıb. Gulustan.info-nun m...

Bu banklara bir ay möhlət verilib

«İki banka kapitalın artırılması üçün möhlət verilib». Gulustan.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sə...

11 nömrəli marşrut xəttində “BakuBus” avtobusları xidmət göstərməyə başlayıb

Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC tərəfindən icra edilir. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-...