14.01.2020

Səfər Əbiyevin oğlunun 19 milyonluq əmlakı ortaya çıxıb — Fotofakt

Hazırda Çexiyada yaşadığı bildirilən keçmiş müdafiə naziri Səfər Əbiyevin böyük oğlu Ruslan Əbiyev də artıq 4 ildən çoxdur ki, Azərbaycanı tərk edib və İstanbulda, məşhur Laləli prospektində otelçilik şirkətini idarə edir.

Jurnalist Hafiz Babalının araşdırmasına görə, Ruslan Əbiyev İkiem Altın Otelcilik ve Turizm Ticaret Anonim Şirkətində əsas payları 2015-ci ilin dekabr ayında Azərbaycan vətəndaşları İmran Əhməd oğlu Məmmədovdan və İlham İbrahimovdan satın alıb. Şirkətin İdarə Heyətinə sədr seçiləndən 4 ay sonra onun kapitalını 11 milyon lirədən 19 milyon lirəyə qaldırıb. 

Hazırda şirkətin 15,2 milyon lirə dəyərində səhmləri ona məxsusdur. 2019-cu ilin sonunda İkiem Altın Otelcilik ve Turizm Ticaret A.Ş. Hayriyye Tüccari, 33 ünvanından yaxınlıqdakı Laləli, 43 ünvanına köçüb. Hər iki ünvanda çoxsaylı ticarət və xidmət obyektləri fəaliyyət göstərir. Türkiyənin rəsmi mənbələrinə görə, Ruslan Əbiyev hələ də Bakıdakı «Qızıl Şərq” hərbi şəhərciyindəki mənzilində qeydiyyatdadır. 

Bakıda onun Nəcəf bəy Vəzirov küçəsindəki mənzillərdən birində dövlət qeydiyyatına alınmış bir şirkəti də var. «Erebus” MMC-ni yaradarkən onun 22 yaşı vardı. 2015-ci ilin əvvəlində yerli media Ruslanın vergi orqanlarında çalışdığını yazırdı. Lakin indi vergi xidmətində bu adda şəxs yoxdur.

Deyəsən, o da Azərbaycanı həmişəlik tərk edib.  

Mənbə ekonews.az


Digər xəbərlər


NASA: Yerə təhlükəli meteorid yaxınlaşır

ABŞ Aviasiya və Kosmik Agentliyi (NASA) potensial təhlükəli sayılan və ölçülərinin 250-570 metr olaraq qiymətləndirildiyi bir meteoridin Yerə yaxınla...

Trampın çağırışına Pentaqondan reaksiya - "Son seçim olmalıdır"

ABŞ-da Corc Floydun ölümündən sonra anti-irqçi hərəkat alovlanarkən Prezident Donald Trampın «ordunu ora göndərərəm» açıqlamasına Pentaqond...

Maska taxılmamasına görə cərimələr qüvvəyə minib

Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra ...

Dərsliklərin məktəblərə geri qaytarılma tarixi - RƏSMİ

«Məktəblərdə ilk növbədə buraxılış siniflərinin dərsliklərinin təhvil alınması prosesi həyata keçirilmələcək». Gulustan.info verir ki, b...