14.01.2020

Şəkinin kəndlərində 3 yeni məktəbin tikintisinə başlanıb — Foto

Şəki rayonunun Cumakənd, Baltalı və Qumux kəndlərində tam orta məktəblər üçün dövlət vəsaiti hesabına 432, 360 və 132 şagird yerlik yeni binaların tikintisinə başlanılıb. Təhsil Nazirliyinin sifarişi ilə inşa edilən hər üç məktəb binasının növbəti dərs ilinin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.

Bu barədə Şəki Şəhər Təhsil Şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu təhsil ocaqları indiyədək uyğunlaşdırılmış, uzun illər istifadə edildiyindən son vaxtlar yararsız vəziyyətə düşmüş binalarda fəaliyyət göstərib. Müasir standartlara uyğun inşa edilən yeni məktəb binalarının hər üçü ikimərtəbəlidir. Hazırda məktəb binalarının tikintisində bünövrənin qazılması və betonlanması işləri görülür.

Ümumiyyətlə, son illər rayonda 40-dək yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. O cümlədən son iki ildə rayonda 11 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin istifadəsinə verilib.

Mənbə azertag.az


Digər xəbərlər


Rusiyada İES-də qəza - Putin fövqəladə vəziyyət elan etdi

Rusiyanın Norilsk şəhərində ekoloji fəlakət baş verib. Gulustan.info xəbər verir ki, bölgədəki istilik elektrik stansiyasında baş verən qəza nətic...

Fərdi avtomobillərin hərəkətinə icazə verilmir - RƏSMİ

“Fərdi avtomobillərin hərəkətinə icazə verilmir». Gulustan.info xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təş...

DOST mərkəzləri də fəaliyyətini dayandırır

Nazirlər Kabinetinin qərarına əsasən, 5 iyun saat 14:00-dan 8 iyunadək DOST mərkəzləri və 142 Çağrı Mərkəzi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək....

Həftə sonu sərnişindaşımalar tam dayandırılacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) sərt karantin rejimi müddətində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan müəssisə və təşkila...