14.01.2020

«Windows 7» əməliyyat sisteminin dəstəklənməsi dayandırıldı

«Microsoft» korporasiyası «Windows 7» əməliyyat sisteminin dəstəklənməsi dayandırıb.

Bu gündən etibarən kompüterləri qorumaq üçün zəruri olan texniki yardım və bu əməliyyat sisteminin avtomatik yeniləmələri mövcud deyil. «Windows 7» istifadəçilərinə «Windows 10» əməliyyat sisteminə keçmələri tövsiyə olunur.

Qeyd edək ki, Azərbaycanda «Windows 7» əməliyyat sisteminin bazar payı «Microsoft»un digər əməliyyat sistemləri ilə müqayisədə 44,7% təşkil edir və bu məhsul populyarlığına görə ikinci yeri tutur. Birinci yerdə 46%-lə «Windows 10» əməliyyat sistemi, 3-cü yerdə isə bazar payı 6,2% olmaqla «Windows 8.1» qərarlaşıb.

Mənbə apa.az


Digər xəbərlər


Vergi güzəştləri ilə bağlı qərar təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik haqqında Qanunu təsdiq edib. Kanal8 xəbər verir ki, Vergi Məcəlləs...

Sosial yardımın verilmə müddəti azaldıldı

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılıb. Gulustan.info-nun m...

Bu banklara bir ay möhlət verilib

«İki banka kapitalın artırılması üçün möhlət verilib». Gulustan.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sə...

11 nömrəli marşrut xəttində “BakuBus” avtobusları xidmət göstərməyə başlayıb

Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC tərəfindən icra edilir. Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-...