16.01.2020

İqtisadiyyat Nazirliyi əsas prioritetlərini açıqladı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ortamüddətli dövr üçün iqtisadi və sosial sahələrdə əsas prioritetləri açıqlayıb.

Gülüstan.info APA-ya istinadən xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov iqtisadi sahədə əsas prioritetlərin rəqabətliliyin artırılması və inklüziv inkişafı təmin etmək olduğunu bildirib. Nazirin sözlərinə görə, iqtisadi artım sürəti ən azı qlobal artım sürətindən geri qalmamalıdır: «Prioritetlər diversifikasiyanın genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı daha da sürətlənməsi, investisiyaların, xüsusilə, özəl sərmayələrin həcminin artırılması, kiçik və orta sahibkarlığın, o cümlədən qadın sahibkarların fəaliyyətinin genişləndirilməsi, onun ÜDM-də xüsusi çəkisinin artırılması və bu istiqamətdə müxtəlif proqramların həyata keçirilməsidir. Maliyyə əlçətanlığının daha da asanlaşdırılması, şəffaflığın formalaşdırılması ortamüddətli dövr üçün əsas prioritetlərdəndir».

Nazir həmçinin bildirib ki, iqtisadi inkişafı sosial inkişafdan ayırmaq olmaz. Onun sözlərinə görə, məşğulluğun artırılması, əhalinin sosial təminatı da əsas məsələdir. İqtisadi və sosial prioritetlər uzlaşdırılmalıdır. O bildirib ki, yeni iş yerlərinin yaradılması tədbirləri davam etdiriləcək. İnsan kapitalının iqtisadiyyatda rolunun artırılması üçün  təhsilə investisiyaların artırılması, icbari tibbi sığortaya əlçatanlığın artırılması qarşıdakı məqsədlərdəndir.


Digər xəbərlər


Fermerlərə dövlətdən dəstək: Hər hektara 60 manat veriləcək

Bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət hər hektara 60 manat birdəfəlik vəsait ödənəcək. Ölkəmizdə taxıl biçinindən so...

Vergi güzəştləri ilə bağlı qərar təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik haqqında Qanunu təsdiq edib. Kanal8 xəbər verir ki, Vergi Məcəlləs...

Sosial yardımın verilmə müddəti azaldıldı

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılıb. Gulustan.info-nun m...

Bu banklara bir ay möhlət verilib

«İki banka kapitalın artırılması üçün möhlət verilib». Gulustan.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sə...