30.01.2020

Xəbərdarlıq: Dünyanı ən isti beşillik gözləyir

2020-2024-cü illər bütün meteoroloji müşahidələr tarixi ərzində dünya miqyasında ən isti beşillik ola bilər.

Gülüstan.info xəbər verir ki, bu barədə Britaniya meteoroloji xidməti (Met Office) məlumat yayıb. Ekspertlər hesab edirlər ki, qarşıdakı beş ildə temperatur sənayeləşmə dövrünədək olan göstərici ilə müqayisədə 1,15-1,46 dərəcə yüksələcək.

Məlumatda bildirilir ki, əvvəlki beş il də müşahidələrin başlanğıcından bəri ən isti dövr sayılır. Bu müddətdə temperatur əvvəlki göstəricilərə nisbətən orta hesabla 1,09 dərəcə artıb. Alimlər xəbərdarlıq edirlər ki, dünya temperaturunun artımını iqlim üzrə 2015-ci il Paris sazişində göstərilən 1,5 dərəcə hüdudlarında saxlamaq vacibdir.

Mənbə: AZƏRTAC


Digər xəbərlər


Rusiya Ermənistanın siqaret qaçaqmalçılığını araşdırır

Rusiyanın hüquq-mühafizə orqanları Ermənistandan göndərilən siqaret qaçaqmalçılığına dair cinayət işini araşdırır. Gulustan.info xəbər verir ki, b...

Karantin rejimini pozanlara ciddi xəbərdarlıq

Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tut...

“Koronavirus Çin laboratoriyasında yaranıb”

Britaniyanın MI-6 kəşfiyyat idarəsinin keçmiş rəhbəri Ser Riçard Dirlav COVID-19-un laboratoriyada hazırlandığına və təsadüf nəticəsində yayıldığına ...

Tramp İranın neft ixracatına embarqonun müddətini artırıb

ABŞ prezidenti Donald Tramp İrandan neft və neft məhsullarının idxalına qoyulmuş embarqonun müddətini uzadıb.Müvafiq memorandum Ağ Evin mətbuat xidmə...