03.02.2020

Heydər Əliyev Fondu Azərbaycana həsr olunan yeni nəşrlər hazırlayır — FOTOLAR

Heydər Əliyev Fondu tərəfindən Azərbaycana həsr olunan iki yeni nəşr hazırlanır. Gülüstan.info-nun məlumatına görə, hazırda bu kitablarda yer alacaq mövzular üzrə fotoçəkilişlərə başlanılıb.

Fondun Azərbaycana həsr olunan nəşrində xalqımızın qədim tarixini, ənənələrini, mədəniyyətini, ölkənin müasir simasını, flora və faunasını təcəssüm etdirən fotoşəkillər və müvafiq məlumatlar əksini tapacaq. Layihə «Regional İnkişaf» İctimai Birliyi, «Azercell» şirkəti və «GoSport» idman malları mağazasının dəstəyi ilə həyata keçirilir.

Heydər Əliyev Fondunun hazırladığı digər nəşrdə isə Azərbaycan barədə müxtəlif sahələr üzrə məlumatlar toplanacaq. Nəşrdə ölkənin iqtisadiyyat, ekologiya, mədəniyyət, idman və s. sahələri, multikulturalizm ənənələri, turizm imkanları və digər istiqamətlər əhatə olunacaq, müvafiq fotoşəkillər yer alacaq.

Layihə üzrə çəkilişlər ilin dörd fəslini əhatə edərək Bakıda və respublikanın müxtəlif bölgələrində aparılacaq.

Oxucular bu nəşrlərlə Azərbaycan barədə müfəssəl məlumat əldə etməklə yanaşı, ölkə ilə yaxından tanış olacaq, fotoşəkillər vasitəsi ilə Azərbaycana virtual səyahət edə biləcəklər.

Xatırladaq ki, «Azərbaycan» nəşri Heydər Əliyev Fondu tərəfindən ilk dəfə 2010-cu ildə çap olunub. 1000-dən çox fotoşəklin toplandığı kitab Azərbaycan, rus, ingilis, fransız, alman, italyan dillərində nəşr edilib. Ötən müddət ərzində bu nəşr Fondun müxtəlif ölkələrdə təşkil etdiyi tədbirlərdə qonaqlara təqdim olunub və oxucularda Azərbaycan barədə dolğun təəssüratlar yaradıb.

Mənbə: Qafqazinfo.az


Digər xəbərlər


Mədəniyyət nazirliyinin qurbanlarından biri - Abşeron "daş yolları" - FOTOLAR

Azərbaycanda dünyanın diqqətini çəkəcək sirli məkanlar çoxdur. Ən ucqar dağ kəndindən Bakının mərkəzi küçəsinə qədər hər yerdə bir sirr özünü saxlayı...

Asəf Zeynallının məzarının hazırkı vəziyyəti təəccüb yaratdı

Bir neçə gün öncə sosial şəbəkələrdə Azərbaycan musiqisinə əsrarəngiz töhvələr verən dahi bəstəkarımız Asəf Zeynallının məzarının hazırkı vəziyyəti i...

Mədəniyyət nazirinin səlahiyyətlərini kim icra edir?

Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiq...

Prezident Niyaməddin Musayevi təltif edib

Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. N. Musayev ...