26.03.2020

İngiltərədə evdə qalması istənilən xəstə ertəsi gün vəfat edib

İngiltərənin paytaxtı Londonda koronavirus simptomları səbəbiylə təcili tibbi yardım çağıran, ancaq evdə qalmağı lazım olduğu deyilən, 3 uşaq anası, 36 yaşındakı qadın həyatını itirib.

Kayla Villiamsın həyat yoldaşı Fabian Villiams: «Arvadım öskürürdü, qızdırması yüksək idi. Şiddətli sinə və mədə ağrısı vardı. Mən telefonla danışanda yoldaşım qusurdu. Ancaq mənə onun önəmli xəstə olmadığını və evdə qalmağının lazım olduğunu dedilər».

Guardian qəzetinin verdiyi xəbərə görə, təmizlik işçisi olan, Fabian Villiams, həyat yoldaşının vəziyyətinin ötən cümə günü pisləşməsindən sonra Səhiyyə Nazirliyi tərəfindən təyin olunan təcili yardım nömrəsinə zəng edib. Telefonda Williams-dan arvadını yerə uzadıb bədənini düz tutması istənilib.

Bir müddət sonra evə gələn həkimlər bir sıra testlər etdilər. Villiams bildirib ki, təcili yardım işçisi, həyat yoldaşının önəmli xəstə olmadığı üçün xəstəxanaya aparılmayacağını deyib.

Ertəsi gün Villiams, həyat yoldaşının vəziyyətinin pisləşdiyini bildirərək bunları deyib:

«Duş almasına və geyinməsinə kömək etdim. Şorbanı içdikdən sonra onu istirahət otağına apardım. Bir az dincəlmək üçün otağa getdim. Qayıdanda yoldaşımı başı ilə aşağı düşmüş şəkildə gördüm. O ölmüşdü.»

«Mən həyat yoldaşımı yerə uzadıb yenidən 999 nömrəsinə zəng etdim. Ürək masajı etməyimi istədilər. Çox keçmədən üç maşın və təcili yardım maşını gəldi. Arvadımı diriltməyə çalışdılar, amma bacarmadılar.»


Digər xəbərlər


NASA: Yerə təhlükəli meteorid yaxınlaşır

ABŞ Aviasiya və Kosmik Agentliyi (NASA) potensial təhlükəli sayılan və ölçülərinin 250-570 metr olaraq qiymətləndirildiyi bir meteoridin Yerə yaxınla...

Trampın çağırışına Pentaqondan reaksiya - "Son seçim olmalıdır"

ABŞ-da Corc Floydun ölümündən sonra anti-irqçi hərəkat alovlanarkən Prezident Donald Trampın «ordunu ora göndərərəm» açıqlamasına Pentaqond...

Maska taxılmamasına görə cərimələr qüvvəyə minib

Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra ...

Dərsliklərin məktəblərə geri qaytarılma tarixi - RƏSMİ

«Məktəblərdə ilk növbədə buraxılış siniflərinin dərsliklərinin təhvil alınması prosesi həyata keçirilmələcək». Gulustan.info verir ki, b...