27.03.2020

Rauf Babayev vəfat edib

Bu gün Azərbaycanın Xalq artisti, müğənni Rauf Babayev 83 yaşında dünyasını dəyişib.

Rauf Babayevlə vida mərasimi bu gün saat 13:00-da Təzə Pir məscidində olacaq. Mərhum 2-ci Fəxri Xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Rauf Babayev 1961-ci ildən “Qaya” vokal instrumental qrupunun üzvü, uzun illər  “Bəri bax” vokal qrupunun bədii rəhbəri olub. 2001-ci ildən isə “Qaya” Dövlət Ansamblının bədii rəhbəri idi. 1978-ci ildə Azərbaycan SSR əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 2017-ci ildə “Şöhrət” ordeni alıb.

Allah Rəhmət eləsin.


Digər xəbərlər


Mədəniyyət nazirliyinin qurbanlarından biri - Abşeron "daş yolları" - FOTOLAR

Azərbaycanda dünyanın diqqətini çəkəcək sirli məkanlar çoxdur. Ən ucqar dağ kəndindən Bakının mərkəzi küçəsinə qədər hər yerdə bir sirr özünü saxlayı...

Asəf Zeynallının məzarının hazırkı vəziyyəti təəccüb yaratdı

Bir neçə gün öncə sosial şəbəkələrdə Azərbaycan musiqisinə əsrarəngiz töhvələr verən dahi bəstəkarımız Asəf Zeynallının məzarının hazırkı vəziyyəti i...

Mədəniyyət nazirinin səlahiyyətlərini kim icra edir?

Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiq...

Prezident Niyaməddin Musayevi təltif edib

Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. N. Musayev ...