28.03.2020

Birinci sinflər üçün müsahibələr təxirə salındı

Birinci sinfə qəbul prosesində tədris digər dildə aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə aprel ayında təşkili nəzərdə tutulan müsahibələr təxirə salınıb.

Təhsil Nazirliyindən Gülüstan.info-ya verilən məlumata görə, müsahibənin keçiriləcəyi tarix və qaydalar barədə valideynlərə sms vasitəsilə məlumat veriləcək. Eyni zamanda bu məlumatlar şəxsi kabinetdə öz əksini tapacaq.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.


Digər xəbərlər


Çörək bişirmə sex CƏRİMƏLƏNDİ - Karantini pozduğuna görə - FOTO

Gəncə şəhərində sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq fəaliyyətini davam etdirən çörək sexi aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mə...

Türkiyənin Suriyadakı “Barış Bulağı” Hərəkatı bölgəsində terror aktı törədilib, ölənlər var

Türkiyənin Suriyadakı “Barış Bulağı” Hərəkatı bölgəsində terror aktı törədilib, ölənlər varTürkiyənin Suriyadakı “Barış Bulağı” Hərəkatı bölgəsində, ...

Naxçıvan qarnizonu qoşunlarında gənc əsgərlərin andiçmə mərasimi keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər Vətənə sədaqət andı içiblər. Müdafiə Nazirliyindən Gulustan.info bildirilib ki, andiçmə mərasimində Azərba...

Bu şəxslər küçəyə çıxsa cərimələnəcək

2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində hərəkət icaz...