07.04.2020

Formula 1-də iki komandanı işdən azad etmək qərarı

Kovid -19, Formula 1-i get-gedə çətinləşdirir. Dünyanın ən bahalı idmanlarından olan mübarizədə Mercedes və Ferrari ilə müqayisədə  daha aşağı  büdcəli komandalar, ayaqları üzərində dura bilmək  üçün yeni qərarlar qəbul edirlər.

Gulustan.info TRT SPOR-a istinadən xəbər verir ki, Rokit Williams və Racing Point mayın sonuna qədər işçilərinin əksəriyyətinin müvəqqəti olaraq işdən çıxarılacağını bildirib.

Eyni zamanda, Komandalar, üst rəhbərlik və pilotların maaşlarında yüzdə 20 nisbətində ixtisar ediləcəyini də sözlərinə əlavə ediblər.

Komandalar daxilində xərclərin azaldılması üçün tətbiq olunan bu qərar, işçilərin etirazına səbəb olub.

Formula 1 komandalarından biri olan Mclaren-da, keçən həftə, pilotlarının və işçilərinin maaşlarında kəsinti etmişdi.

Epidemiya səbəbi ilə Avstraliya, Bəhreyn, Vyetnam, Çin, İspaniya, Hollandiya və Azərbaycandakı mərhələlər təxirə salınmış, Monakoda keçirələcək Formula 1 Dünya Çempionatı isə ləğv olundu.


Digər xəbərlər


Mədəniyyət nazirliyinin qurbanlarından biri - Abşeron "daş yolları" - FOTOLAR

Azərbaycanda dünyanın diqqətini çəkəcək sirli məkanlar çoxdur. Ən ucqar dağ kəndindən Bakının mərkəzi küçəsinə qədər hər yerdə bir sirr özünü saxlayı...

Asəf Zeynallının məzarının hazırkı vəziyyəti təəccüb yaratdı

Bir neçə gün öncə sosial şəbəkələrdə Azərbaycan musiqisinə əsrarəngiz töhvələr verən dahi bəstəkarımız Asəf Zeynallının məzarının hazırkı vəziyyəti i...

Mədəniyyət nazirinin səlahiyyətlərini kim icra edir?

Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiq...

Prezident Niyaməddin Musayevi təltif edib

Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. N. Musayev ...