07.05.2020

Pensiya alanların nəzərinə

May ayı üzrə pensiyaların ödənişinə başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Kanal8-ə verilən məlumata görə, Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ, Nizami, Nərimanov, Xətai rayonları, həmçinin Naxçıvan MR, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib.

Sabah isə Bakının Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiyalar ödəniləcək.

Yaxın günlərdə ölkəmizin digər şəhər və rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq. Mayın 20-də bu ay üzrə müavinət, təqaüd və kompensasiyalar, mayın 28-də isə ünvanlı dövlət sosial yardımları veriləcək.

Beləliklə, xüsusi karantin rejimi dövründə pensiya, müavinət, təqaüd və ünvanlı yardımların vaxtından daha tez ödənilməsi təmin olunur.


Digər xəbərlər


Fermerlərə dövlətdən dəstək: Hər hektara 60 manat veriləcək

Bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət hər hektara 60 manat birdəfəlik vəsait ödənəcək. Ölkəmizdə taxıl biçinindən so...

Vergi güzəştləri ilə bağlı qərar təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik haqqında Qanunu təsdiq edib. Kanal8 xəbər verir ki, Vergi Məcəlləs...

Sosial yardımın verilmə müddəti azaldıldı

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılıb. Gulustan.info-nun m...

Bu banklara bir ay möhlət verilib

«İki banka kapitalın artırılması üçün möhlət verilib». Gulustan.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sə...