14.05.2020

Prezident Tibb Universiteti ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev «Azərbaycan Tibb Universitetinin 90 illiyinin qeyd edilməsi haqqında» sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, 2020-ci ildə respublikanın ilk ali tibb təhsili ocağının – Azərbaycan Tibb Universitetinin təsis edilməsinin 90 illiyi tamam olur:

«Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında yaradılmış Azərbaycan Tibb Universiteti ölkəmizin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Azərbaycan səhiyyəsinin inkişafı tarixində xüsusi mövqeyə malik Universitet öz fəaliyyətində təhsili, elmi və tibbi daim üzvi şəkildə birləşdirmiş, ötən illər ərzində təbabətin ən müxtəlif sahələri üçün yüksək bilikli və bacarıqlı kadrların yetişməsində, həmçinin mötəbər elmi mərkəz kimi fundamental tədqiqatların aparılmasında əhəmiyyətli rol oynamışdır. Tibb Universitetində beynəlxalq əməkdaşlıq əlaqələrinin davamlı genişləndirilməsi və tibb təhsilinin müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl həyata keçirilən işlər təqdirəlayiqdir».

Sərəncamda Səhiyyə Nazirliyinə Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Tibb Universitetinin 90 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Digər xəbərlər


Arif Hacılı AXC-Müsavat hökumətinin vəzifə bölgüsünün detallarını açdı - İsa Qəmbər Müdafiə nazir…

“Sülhəddin Əkbərin susması bəzi həqiqətlərin deyilməsinə mane olurdu. İndi də özümüz üçün müəyyən etdiyimiz bəzi tabular var. Amma son günlərdə de...

Çexiya ilə Rusiya arasında diplomatik böhran - İki diplomat "Persona non qrata" elan edildi

Çexiya ilə Rusiya arasında yaranan diplomatik böhran nəticəsində Çexiya 2 rus diplomatı istəməyən adam (persona non grata) elan edib. Gulustan.inf...

İlham Əliyev İsveç Kralına məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu göndərib. Kanal8 xəbər verir ki, məktub...

"Zərdən" asılı olan Paşinyan, müharibə riski, Azərbaycanın atmalı olduğu addımlar - Hərbi icmalçı ŞƏRH EDİR

«Zərdən» asılı olan Paşinyan, müharibə riski, Azərbaycanın atmalı olduğu addımlar — Hərbi icmalçı ŞƏRH EDİR «Atəşkəsin 26 ili...