18.05.2020

Pensiya ilə bağlı qanun layihəsinə dəyişiklik edilib

Pensiya ilə bağlı yeni qanun layihəsində pensiyaçıların maraqları nəzərə alınmaqla, heç bir istisna olmadan pensiyaçının əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququnun təsbit edilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Gulustan.info-ya verilən məılumata görə, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən, pensiyaçının yaşa görə pensiya növündən əlilliyə görə pensiya növünə keçirilməsi məhdudlaşdırılıb. Yəni yaşa görə pensiya alan şəxsin əlilliyə görə də pensiya hüququ yarandıqda, o, yaşa görə pensiyadan imtina edib əlilliyə görə pensiyaya çıxa bilməz.

Yeni qanun layihəsində nəzərdə tutulan dəyişiklik bu məhdudiyyəti aradan qaldırmağa yönəldilib. Yəni, hər hansı bir pensiyaçı öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə istisna olmadan keçə biləcək.

Bu zaman pensiyaçının ərizəsinə ən geci 10 iş günü müddətində baxılmaqla onun digər pensiya növünə keçirilməsi və həmin pensiyanın hesablanaraq təyin edilməsi təmin olunacaq.


Digər xəbərlər


Prezident Sumqayıtda işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı Sərəncam imzalayıb

Azərbaycan Respublikası Prezidenti «Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında» Sərən...

Yevlaxda qaraçılar aksiyaya cəhd edib - Polisə xəsarət yetirilib

Yevlax şəhərində karantin rejimini pozan qaraçılar polisə daşla xəsarət yetiriblər. DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan Gulustan.inf...

Qazaxıstanda məhdudiyyətlər yığışdırılır

Qazaxıstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət bitib. Gulustan.info «Reuters»ə istinadən xəbərə veri...

Toy və yas mərasimləri keçirilə bilər? - Rəsmi cavab

«Bütün ölkə əraziində toy və yas mərasimləri ilə bağlı qadağa qüvvədə qalır». Gulustan.info xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mə...