19.05.2020

«Milli Şura nifrət təbliğatı apardığını təsdiq etdi» — Müsavat başqanı

«Milli Şura Koordinasiya Mərkəzindəki müzakirələr bu qurumun bəyan etdiyi demokratik dəyərlərə hörmətlə yanaşmadığını, ölkənin digər müxalifət partiyalarına qarşı böhtan kampaniyası və nifrət təbliğatı apardığını təsdiq etdi».

Gulustan.info xəbər verir ki, bu fikirləri Milli Şuranın sosial şəbəkələrdə yayılan videolarına münasibət bildirən Müsavat Partiyasının başqanı Arif Hacılı səsləndirib.

Arif Hacılı bildirib ki, Müsavat Partiyasına qarşı təşkil edilən və böhtan olduğu araşdırma, istintaq və məhkəmələr tərəfindən çoxdan təsdiq edilmiş ən iyrənc kampaniyanın da mənbələrindən birinin Milli Şura, ən azı Milli Şuranın bəzi rəhbər şəxsləri olduğu üzə çıxdı:

«Lent yazısının özündə yayımın kim tərəfindən təşkil olunduğu aydın deyildikdən sonra da burada kibercinayət simulyasiyası çox gülünc görünür.
Gizli yayım olsaydı belə demokrat, çoxpartiyalı sistemin, azad rəqabət şəraitinin tərəfdarı olan heç kəs, hətta yuxusunda da şovinizm, ksenofobiya, rasizm təbliğatı aparmaz, Hitlerin uğursuzluqlarına təəssüflənməz, kütləvi qırğını təbliğ etməz, rəqib hesab etdiklərinə böhtan atmaz.

Milli Şura rəhbərliyinin davranışlarına görə təhqir etdikləri bəzi tərəflərdən üzr istəmələrinə müsbət yanaşıram.

İnanmaq istəyirəm ki, onların, xüsusilə Milli Şura sədrinin Müsavat Partiyasına qarşı hörmətsiz davranışlara və böhtanlara görə üzr istəməyə siyasi iradəsi çatacaq.

Burada iki məsələyə münasibət bildirim.

  1. Bəzi dostlar 2013-cü ilin prezident seçkilərində Cəmil Həsənli üçün çalışdıqlarına görə peşman olduqlarını yazırlar.

Bu düzgün deyil. Biz o zaman Cəmil Həsənlinin namizədliyini onun şəxsiyyətinə, xidmətlərinə görə yox, cəmiyyətin maraqları naminə müdafiə etmişik. O seçkidə müxalifətin vahid namizədinin olması vacib idi. AXCP heç vaxt Müsavatın namizədini müdafiə etməyəcəkdi, ona görə də partiya maraqlarını, cəmiyyətin maraqlarına qurban verdik. Bu düzgün qərar idi. Biz Cəmil Həsənli üçün yox, Azərbaycan üçün çalışmışıq.

  1. Dəfələrlə və aydın izah etsək də zaman-zaman bizdən Milli Şuradan niyə çıxdığımızı soruşurdular.

Bu qurumu təsis edən əksər təşkilatların hələ Müsavatdan əvvəl Milli Şuradan çıxması, fəxri sədrin Krımı Rusiya torpağı adlandırması, Ramiz Mehdiyev və Əli Həsənov məni müxalifət kimi təqim etmişdi, deməsi, bu qurumun bəzi rəhbər şəxslərinin fərqli idelogiyalara xidmət edən təşkilatlarda təmsil olunması bu sualı bizə ünvanlayanları cavab kimi qane etmirdi.

Bu suala daha aydın cavab Milli Şuranın toplantısından, bizə təkrar-təkrar, «Müsavatsız Milli Şura susuz dəyirman kimidir»- deyən Milli Şura sədrinin özündən gəldi».


Digər xəbərlər


Arif Hacılı AXC-Müsavat hökumətinin vəzifə bölgüsünün detallarını açdı - İsa Qəmbər Müdafiə nazir…

“Sülhəddin Əkbərin susması bəzi həqiqətlərin deyilməsinə mane olurdu. İndi də özümüz üçün müəyyən etdiyimiz bəzi tabular var. Amma son günlərdə de...

Çexiya ilə Rusiya arasında diplomatik böhran - İki diplomat "Persona non qrata" elan edildi

Çexiya ilə Rusiya arasında yaranan diplomatik böhran nəticəsində Çexiya 2 rus diplomatı istəməyən adam (persona non grata) elan edib. Gulustan.inf...

İlham Əliyev İsveç Kralına məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu göndərib. Kanal8 xəbər verir ki, məktub...

"Zərdən" asılı olan Paşinyan, müharibə riski, Azərbaycanın atmalı olduğu addımlar - Hərbi icmalçı ŞƏRH EDİR

«Zərdən» asılı olan Paşinyan, müharibə riski, Azərbaycanın atmalı olduğu addımlar — Hərbi icmalçı ŞƏRH EDİR «Atəşkəsin 26 ili...