21.05.2020

Milli Şurada «yarpaq tökümü» davam edir — Daha bir istefa

«Milli Şuranın qapalı keçirdiyi onlayn konfranslarının ələ keçirilərək sosial şəbəkələrdə yayılması ilə Milli Şura ətrafında yayılan söz-söhbətlərin, nüfuzumuza yetirdiyi ciddi zərbəni danmaq mümkün deyildir».

Kanal8 xəbər verir ki, bunu Milli Şuranın üzvü Namizəd Səfərov yazıb.

İstefa verdiyini açıqlayan Namizəd Səfərov Milli Şuradan getməsini bu şəkildə izah edib:

«Məlum oldu ki, bir siyasi təşkilat olaraq 7 ildən bəri fəaliyyət göstərən Milli Şura təkcə cəmiyyət arasında dayil, siyasi rəqibləri qarşısında da düşündüyümüzdən kifayət qədər yüksək nüfuza malik imiş. Bununla yanaşı, cəmiyyət, bir sıra hallarda isə ardıcıl tərəfdarlarımız, Milli Şura Koordinasiya Mərkəsinin qapalı toplantısında olsa belə, onun üzvüləri tərəfindən səsləndirilmiş, adi halda qətiyyən reaksiya verilməyəcək ifadələr səsləndirilməsini heç cür qəbul edə bilmədi. Fürsət gözləyən apponentlərimiz də, bundan yetərincə yararlandılar. Milli Şuranın nüfuzuna ağır zərbə dəydi. Milli Şura Koordinasiya Mərkəzinin iki üzvü onlara qarşı yönəlmiş hücumlar qarşısında istefa verməyə məcbur oldular. Baş verənlərlə bağlı dərin təəssüf hissi keçirməklə yanaşı, mənim də üzərimə ağır məsuliyyət düşdüyünün, fərqindəyəm. Belə ki, uzun müddətdən bəri müxalifətin əsas mübarizə cəbhəsi hesab olunan Milli Şuranın nüfuzuna başqları tərəfindən deyil, özümüz tərəfindən xələl yetirilmişdir. Bir daha qeyd edim ki, baş verənlərlə bağlı dərin təəssüf hissi keçirirəm. Buna görə, həm özüm, həm də bəzi dostlarım fərəfindən siyasi apponentlərimizin ünvanına işlədilmiş yolverilməz ifadələrə görə hamıdan üzr istəmək məcburiyyətində qalıram. Milli Şura üzvülərinin qərb dəyərlərinə münasibətdə milli mənəvi dəyərlərə hörmətsiz yanaşması, ölkənin digər siyasi təşkilat və ictimai-siyasi xadimlərinə qarşı barışmaz münasibət bəsləməsi ilə bağlı, ünvanımıza söylənən tənqidi fikir və mülahizələrlə razılaşa bilməsəm də, öz dilimizdən səslənmiş fikir və ifadələrdən müdafiə olunmaq, o qədər də asan deyil. Baş verənləri özüm-özümlə dəfələrlə müzakirə edib, günlərlə araşdırmaqla özümə heç cür bəraət qazandıra bilmirəm. Bütün bunları nəzərə alaraq, yaranmış vəziyyətdə fəaliyyətimin Milli Şura tərkibində davam etdirilməsini qeyri mümkün hesab edərək, Milli Şura tərkbindən istefa verirəm. Gəncləri siyasətə cəlb etmək, yolu onlara vermək, onlara etimad göstərmək lazımdır. Bəyan edirəm ki, siyasi mübarizəmi milli-mənəvi prinsiplərimə və mübarizə metodlarıma müvafiq olaraq əvvəlki qaydada davam etdirmək əzmindəyəm. Məqsədimiz xalqımızın azadlığı və rifahı, tam demokratik dövlət quruculuğu uğrunda mübarizədir. Milli Şuraya və onun sıralarında olan əzmkar insanlara uğurlar arzu edirəm. İnanıram ki, Milli Şura malik olduğu nüfuzu tezliklə geri qaytara və siyasi mübarizə meydanındakı aparıcı yerini bundan sonra da, qoruyub saxlaya biləcəkdir».


Digər xəbərlər


"Zərdən" asılı olan Paşinyan, müharibə riski, Azərbaycanın atmalı olduğu addımlar - Hərbi icmalçı ŞƏRH EDİR

«Zərdən» asılı olan Paşinyan, müharibə riski, Azərbaycanın atmalı olduğu addımlar — Hərbi icmalçı ŞƏRH EDİR «Atəşkəsin 26 ili...

Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki,...

Tramp Qeyts və Sorosun hədəfində – “Amerikada, Amerika səfirliyi işə başlayıb”

“Amerikada Amerika səfirliyi işə başlayıb, xəbərimiz yoxdur..? Daha doğrusu Tramp liberal-demokratların hədəfində”. Bu fikirləri Kanal8-də ABŞ-da ...

İlham Əliyev 3 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”...