21.05.2020

XİN: İşğalçı ölkənin sülhdən bəhs etməsi riyakarlığın son həddidir

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən təşkil olunan qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə münasibət bildirib.

Kanal8 xəbər verir ki, XİN-in mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil olunan “andiçmə” ilə bağlı şounu Ermənistan XİN-in “demokratik proses” adlandırması bu təcavüzkar ölkənin mahiyyətini göstərməklə yanaşı, demokratiya anlayışından nə qədər uzaq olduğunu göstərir.

“Digər dövlətin beynəlxalq tanınmış ərazisini işğal edib, oradakı insanları etnik təmizləməyə məruz qoyub, insan hüquqlarını kobudcasına pozmaq müasir beynəlxalq hüquqi dildə təcavüz adlanır, demokratiya yox.

Ermənistan XİN-in istinad etdiyi “xalq” ifadəsinə gəldikdə isə birincisi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki ermənilər xalq yox, bu bölgədə yaşayan erməni icmanı təşkil edir. İkincisi, xalqların öz müqəddəratını müəyyən etmə prinsipindən danışmaq üçün isə Ermənistan XİN-i əvvəlcə bu prinsipin nə demək olduğunu öyrənməli, Helsinki Yekun Aktını oxumalı, daha sonra həmin prinsiplərə düzgün istinadlar verməlidir.

İşğalçı ölkənin şərhində sülhdən bəhs etməsi isə riyakarlığın son həddidir. Sülhü düşünən ölkə işğalçılıq siyasəti yürütməz, sülh istəyən ölkə danışıqlar prosesinə əngəl törətməz və nəhayət, sülhü dəstəkləyən tərəf elə sülhün özünə başlıca təhdid olmaz”, — deyə XİN rəsmisi vurğulayıb.


Digər xəbərlər


Arif Hacılı AXC-Müsavat hökumətinin vəzifə bölgüsünün detallarını açdı - İsa Qəmbər Müdafiə nazir…

“Sülhəddin Əkbərin susması bəzi həqiqətlərin deyilməsinə mane olurdu. İndi də özümüz üçün müəyyən etdiyimiz bəzi tabular var. Amma son günlərdə de...

Çexiya ilə Rusiya arasında diplomatik böhran - İki diplomat "Persona non qrata" elan edildi

Çexiya ilə Rusiya arasında yaranan diplomatik böhran nəticəsində Çexiya 2 rus diplomatı istəməyən adam (persona non grata) elan edib. Gulustan.inf...

İlham Əliyev İsveç Kralına məktub göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu göndərib. Kanal8 xəbər verir ki, məktub...

"Zərdən" asılı olan Paşinyan, müharibə riski, Azərbaycanın atmalı olduğu addımlar - Hərbi icmalçı ŞƏRH EDİR

«Zərdən» asılı olan Paşinyan, müharibə riski, Azərbaycanın atmalı olduğu addımlar — Hərbi icmalçı ŞƏRH EDİR «Atəşkəsin 26 ili...