22.05.2020

Bağlanan banklarda əmanəti olanların NƏZƏRİNƏ

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “AGBank” və “NBC Bank” ASC-lərin əmanətçilərinə müraciət edib. 

Bildirilib ki, əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” qanuna uyğun olaraq kompensasiya olunacaq.

Müraciətdə qeyd edilib ki, kompensasiya ödənişi zamanı əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

16 iyun 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi;

15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi.

Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara məlumat veriləcək.


Digər xəbərlər


Ermənistanda bir sutkada koronavirusa 697 nəfər yoluxub

Ermənistanda son sutkada 697 nəfər koronavirusa yoluxub. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da canlı yayımda bildirib. “697 ...

ABŞ-da 10 minə yaxın etirazçı saxlanılıb

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etiraz aksiyalarının gedişində 9,8 mindən çox insan hüquq-mühafizə...

Cəbhədəki son vəziyyətlə bağlı rəsmi məlumat

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə Nazirliyindən v...

“Çelsi” öz oyunçusunu 15 milyon avroya satıb

“Çelsi” yarımmüdafiəçisi Mario Paşaliçi satıb. Gulustan.info xəbər verir ki, 25 yaşlı orta sahə oyunçusu “Atalanta”ya keçib. A seriyası klubu i...