22.05.2020

Türkiyədən 178 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Bu gün “Azərbaycan Hava Yolları” İstanbuldan Bakıya növbəti çarter reysini həyata keçirib, daha 178 nəfər Azərbaycan vətəndaşı ölkəyə çatdırılıb.

Gulustan.info xəbər verir ki, bu barədə məlumat yayan “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti həmin şəxslərin hamısının karantinə yerləşdirildiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, bu həftə “AZAL” aviaşirkəti Berlin və Varşava şəhərlərindən Bakıya çarter reyslərini həyata keçirib.


Digər xəbərlər


Nazirlik aksiya keçirən tələbələrin görüntülərini yaydı – Video

Təhsil Nazirliyi iyunun 1-də qəbul edilmiş 3 tələbənin nazirliyin binasını sərbəst tərk etdiyini sübut edən videogörüntü paylaşıb. Bu barədə Təhsi...

Ermənistanda bir sutkada koronavirusa 697 nəfər yoluxub

Ermənistanda son sutkada 697 nəfər koronavirusa yoluxub. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da canlı yayımda bildirib. “697 ...

ABŞ-da 10 minə yaxın etirazçı saxlanılıb

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etiraz aksiyalarının gedişində 9,8 mindən çox insan hüquq-mühafizə...

Cəbhədəki son vəziyyətlə bağlı rəsmi məlumat

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə Nazirliyindən v...