22.05.2020

Vladimir Putin İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

«Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ölkənizin sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə qazandığı uğurlar hamı tərəfindən qəbul edilir. Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdə duran məsələlərin həllində əhəmiyyətli rol oynayır.

Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Əminəm ki, biz birgə səylərimizlə ikitərəfli strateji tərəfdaşlığın, konstruktiv əməkdaşlığın bütün istiqamətlərdə bundan sonra da inkişafını təmin edəcəyik. Bu proses, şübhəsiz, bizim dost xalqlarımızın köklü maraqlarına cavab verir, regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi məcrasında inkişaf edir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan Respublikasının bütün vətəndaşlarına rifah və tərəqqi arzulayıram».


Digər xəbərlər


Obama Tramp hökumətini tənqid edib: "Buna Amerika inqilabı deyilir"

ABŞ-da polis tərəfindən afroamerikalı Corc Floydun öldürülüməsindən sonra ölkəni etiraz dalğası bürüyüb. Gulustan.info xəbər verir ki, baş verən o...

ÜST: Ölkələr daha sərt karantin qaydaları tətbiq edə bilər

Koronavirusun mutasiya nəticəsində daha yoluxucu və ölümcül olduğu iddiasını Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rədd edib. Gulustan.info xəbər veri...

Nazirlik aksiya keçirən tələbələrin görüntülərini yaydı – Video

Təhsil Nazirliyi iyunun 1-də qəbul edilmiş 3 tələbənin nazirliyin binasını sərbəst tərk etdiyini sübut edən videogörüntü paylaşıb. Bu barədə Təhsi...

Ermənistanda bir sutkada koronavirusa 697 nəfər yoluxub

Ermənistanda son sutkada 697 nəfər koronavirusa yoluxub. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da canlı yayımda bildirib. “697 ...