Bakı 21 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0173
TRY 0.2246
Qızıl 3320.746
Gümüş 45.6101

Qarabağın azərbaycanlı icmasının sədri diplomatlarla görüş keçirib

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, deputat Tural Gəncəliyev Ermənistanın Azərbaycana qarşı daha da intensivləşmiş aqressiv siyasəti ilə regionda gərginləşən vəziyyətlə əlaqədar müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə məlumatlandırıcı görüşlərini davam etdirir. Gulustan.info xəbər verir ki, sentyabrın 16-17-də icma Xorvatiya səfiri Branko Zebiç, Çexiya səfiri Milan Ekert, Macarıstan səfiri Viktor Szederkenyi və Latviya […]

PKK-nın Dağlıq Qarabağda yerləşməsi Azərbaycan kimi Türkiyənin də əsas probleminə çevrilir — Politoloq şərhi

«Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyan hakimiyyətdə olduğu illərdə Dağlıq Qarabağ separatçılarını himayə edərkən, bölgənin ağır demoqrafik problemini də həll etməyə çalışırdılar. Ancaq nə qədər çalışsalar da, buna müvəffəq ola bilmirdilər». Gulustan.info xəbər verir ki, bu fikiri PKK-nın Dağlıq Qarabağa yerləşdirilməsi iddiasına cavab olaraq “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu […]

Livanın yeni Baş Naziri təyin edildi

Livanın Almaniyadakı səfiri Mustafa Ədib ölkənin yeni Baş Naziri təyin olunub. Bu barədə Livanın Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, Ədibə yeni bir hökumət qurmaq tapşırılıb. Onun namizədliyi Xristian Azad Vətənpərvərlər Hərəkatının parlamentdəki fraksiyası tərəfindən irəli sürülüb. M.Ədib təyinatla bağlı çıxışında Nazirlər Kabinetinin qurulmalı və islahatlara başlanılmalı olduğunu bildirib. O qeyd edib ki, Beynəlxalq Valyuta […]

Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollardan çox investisiya yatırıb

Rusiya bu il Azərbaycan iqtisadiyyatına 5 milyard dollardan çox investisiya yerləşdirib. Gulustan.info xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib. O bildirib ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 2018-illə müqayisədə 18 faiz artaraq 3 milyard dolları keçib: “Bu il artım tempi bir qədər azalsa […]

Taktiki təlimlərin birinci mərhələsi davam edir — VİDEO

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir.Müdafiə Nazirliyindən verilən məlumata görə, bu mərhələdə Quru Qoşunlarının bölmələri mürəkkəb taktiki elementləri məşq ediblər. Bölmələr müasir döyüş vasitələrindən istifadə edərək şərti düşmən hücumunun dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Açıq havada kafe, restoran və rayonlara gediş-gəliş üçün prezidentin köməkçisi vaxt verdi

«Avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur». Gulustan.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. O bildirib ki, qaydalara əməl edilməsə, yumuşaldılmalar dayandırılacaq: «Növbəti həftədən rayonlararası gediş-gəlişin açılması müzakirə edilir. […]

Feysbuk işçiləri 2021 yazına qədər evdən işləyəcək

Feysbuk sözçüsü Nneka Norville, verdiyi açıqlamada sağlamlıq və icma mütəxəssisləri rəhbərliyinə əsaslanaraq şirkət işçilərinə 2021-ci ilin iyul ayına qədər könüllü olaraq evlərindən işləməyə icazə veriləcəyini deyib. Gulustan.info “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, o eyni zamanda işçilərə ev ehtiyacları üçün əlavə 1000 dollar veriləcəyini də bildirib. Qeyd edək ki, keçən həftə ABŞ-ın texnologiya nəhənglərindən […]

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri davam edir — VİDEO

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri davam edir. Müdafiə Nazirliyindən Gulustan.info-ya verilən məlumata görə, təlimin ssenarisinə əsasən birləşmə və tabor qərargahları ilə hərbi qərar qəbuletmə prosesinə uyğun tapşırığın aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi, ərazidə tapşırıqların dəqiqləşdirilməsi, birgə danışıq cədvəllərinin işlənilib hazırlanması kimi tədbirlər həyata keçirilir. Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birgə fəaliyyət […]