Rus millət vəkili: «Rusiya və Türkiyə arasında birbaşa qarşıdurma olmayacaq»

İdlib yaşanan son hadisələrin, Rusiya və Türkiyə arasında birbaşa qarşıdurmalara yol açmayacağını ifadə edən Rus millət vəkili Krasov, Suriyadakı vəziyyətin müzakirə masasında qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Dumanın Müdafiə Komitəsinin sədr müavini Andrey Krasov Sputnik-ə açıqlamasında: «Düşünmürəm ki, ölkələrimiz arasında qarşıdurma olacaq. Nə də olsa, müdafiə və xarici işlər nazirliklərimiz arasında rabitə xətləri qalır»- deyə bildirib. Krasov, […]

Türkiyə Avropaya gedən qaçqınlara mane olmayacaq

Türkiyə hökuməti Avropaya dəniz və ya quru yolla getmək istəyən suriyalı qaçqınları dayandırmamaq barədə qərar qəbul edib. Agentliyin həmsöhbətinin sözlərinə görə, Türkiyə polisinə, sahil mühafizəsinə və sərhəd keçidlərində işləyən əməkdaşlara Suriyadan qaçqın axını vəziyyətində maneçilik yaratmamaq barədə tapşırıq verilib. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Avropaya getmək istəyən qaçqınlar üçün ölkə sərhədlərini […]

Prezident və xanımı İtaliyada Azərbaycan Mədəniyyət İlinin açılışı konsertində iştirak edib

Fevralın 20-də Romadakı Kuirinale Sarayında “2020-ci il — İtaliyada Azərbaycan Mədəniyyət İli”nin açılışı münasibətilə konsert proqramı təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella konsert proqramını dinləyiblər. Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini ifa edib. Mənbə azertag.az

40 kilometrlik tıxac — Türkiyədən gələn mallar yolda qaldı — FOTOLAR

Türkiyədən gələn TIR-lar Gürcüstan gömrüyündə qalıb. Gülüstan.info xəbər verir ki, çoxlu qar yağması nəticəsində Gürcüstan höküməti 3 gün ərzində ölkəyə TIR-ların girişini qadağa edib. Gürcüstan tərəfinin aldığı bu qərar nəticəsində 40 kilometrlik tıxac meydana gəlib. Türkiyə tərəfi 3-4 gün ərzində TIR tıxacının sona çatacağını açıqlayıb.

İlham Əliyev: «İşsizliklə bağlı problemlər daim diqqət mərkəzindədir»

«İş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görülməlidir və görüləcək, xüsusilə özəl sektorda və dövlət sektorunda. Hələ ki, dövlət sektorunda da yeni iş yerlərinin yaradılması zəruridir. Çünki istəmirəm ki, işsiz adam olsun». Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə «ASAN xidmət» mərkəzinin açılışında deyib. Dövlət başçısı bildirib: «İşsizliklə bağlı problemlər daim diqqət mərkəzindədir, çünki […]

Bu nazirlik onlayn əlaqə xidmətini istifadəyə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində (sosial.gov.az) onlayn əlaqə xidməti bu gündən istifadəyə verildi. Məqsəd vətəndaşlarla ünsiyyət və onların nazirliyə müraciət imkanlarının daha da genişləndirilməsi, vətəndaş müraciətlərinin, sorğularının real vaxt rejimində də operatv cavablandırılması mexanizminin tətbiqidir. Daxil olan məlumata görə, bu xidmət vasitəsilə vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə aid olan bütün məsələlər üzrə […]

“Boeing”da ciddi səhvlər aşkarlandı

“Starliner” kosmik gəmisinin buraxılışında yaranan probleminin səbəblərini araşdıran NASA mütəxəssisləri “Boeing” şirkəti tərəfindən hazırlanan gəminin proqram təminatında ciddi səhvlər aşkar edib. TASS-a istinadən xəbər verilir ki, bu barədə “The Washington Post” qəzeti agentliyin mütəxəssislərinə istinadən məlumat yayıb. Nəşr yazır ki, şirkət indi kompüter sisteminin milyonlarla kod xəttini yoxlayır, bunun nə qədər vaxt alacağı bilinmir. NASA-nın […]

ABŞ-da da vəziyyət qarışdı — Yüzlərlə insan Ağ Evin qarşısında İranla müharibə əleyhinə aksiya keçirib — VİDEO

ABŞ-da yüzlərlə insan Ağ Evin qarşısında toplaşaraq İranla müharibə, habelə Birləşmiş Ştatların Yaxın Şərq siyasəti əleyhinə etiraz aksiyası keçirib. Bu barədə TASS-a istinadən xəbər verilir. ABŞ-ın 10-dan çox hərəkatının nümayəndələri Birləşmiş Ştatların bütün dünyada gedən müharibələrdə iştirakı əleyhinə çıxaraq etiraz aksiyasının təşkilatçısı olublar. Aksiyada “CodePink” antihərb hərəkatının və «Müharibəni dayandırmaq və irqçiliyə son qoymaq üçün» […]