Bakı 31 ℃

USD 1.7
RUB 0.0302
EUR 1.7744
TRY 0.101
Qızıl 3079.686
Gümüş 34.3069

Təhsil Nazirliyi tədris ilinin sentyabrın 19-da başlayacağı ilə bağlı məlumatlara münasibət bildirib

Azərbaycan Təhsil Nazirliyi Qurban bayramı münasibətilə elan olunmuş qeyri-iş günləri ilə əlaqədar 2016/2017-ci tədris ilinin başlama vaxtının sentyabrın 19-na dəyişdirilməsi şayiələrinə münasibət bildirib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Prezidentin “Azərbaycan Respublikasında «Bilik günü»nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli fərmanı ilə 15 sentyabr “Bilik […]

Dənizkənarı Milli Parkda caz konserti olacaq

Sentyabrın 3-də Dənizkənarı Milli Parkda, açıq səma altında “Barrel Jazz Nights” adlı caz konserti keçiriləcək. Konsertdə azərbaycanlı və amerikalı musiqiçilər tərəfindən caz-muğam janrında musiqi proqramı təqdim olunacaq. Konsert proqramında tanınmış ifaçılar Rodolfo Perez, Ronen İtzik, İsmael De La Rosa, Ruslan Ağababayev, Şəhriyar İmanov, Kamran Kərimov və Ələfsər Rəhimov çıxış edəcəklər. Mənbə: fins.az

Bakı Olimpiya Stadionunda toy olacaq

«Hazırda Bakı Olimpiya Stadionuna cütlüklər daha çox evlilik təklifləri üçün müraciət edir» Bu haqda modern.az-a Bakı Olimpiya Stadionunun PR, Media və Tədbirlər departamentinin rəhbəri Cəmilə Mehdiyeva deyib. Onun sözlərinə görə, toy etmək üçün müraciət edənlər çox olsa da, indiyədək reallaşan mərasim olmayıb: «Hazırda toy müraciətləri var. Yaxın vaxtlarda stadionda toy baş tutacaq. Amma sifarişçi məlumatın […]

Türkiyə PYD terrorçularına 48 saat vaxt verdi — «Əks təqdirdə…»

Türkiyə Suriyanın Cərablus bölgəsində İŞİD-ə qarşı keçirdiyi hərbi əməliyyatlar çərçivəsində PKK-nın Suriya qoluna 48 saat vaxt verib Türkiyə hökuməti Cərablusda davam edən əməliyyatlar çərçivəsində bölgədən çəkilməsi üçün PYD silahlılarına 48 saat vaxt verib. Əməliyyatlar vasitəsilə təxminən 30 kəndin İŞİD-dan təmizləndiyi bildirilir. Əməliyyatlarda hədəf əl-Bəb bölgəsindən sonra Cərablusun 70 kilometrliyində yerləşən Məra bölgəsinin ələ keçirilməsi olacaq. […]

Ceyhun Osmanlı ilk dəfə nələri söylədi? — Ekslusiv

Sabiq deputat, “İrəli” İctimai Birliyinin keçmiş sədri Ceyhun Osmanlı suallarımızı cavablandırıb Eks-deputat 24saat.org-a geniş müsahibəsində ilk dəfə barəsindəki bütün ittihamlarla bağlı əhatəli danışıb. Müsahibəni təqdim edirik: – Ceyhun bəy, ictimai-siyasi fəaliyyəti birdəfəlik dayandırmısınız, yoxsa müvəqqəti dondurmusunuz? – Həyatda “hər şey”, “heç nə”, “hər vaxt”, “heç bir zaman” kimi cavablar verərkən ehtiyatlı olmaq lazımdır. Hətta bununla […]

Polşa, Almaniya, Fransa «çevik və etibarlı» Aİ haqqında saziş imzaladılar

Veymar üçbucağının yaradılmasının 25 illiyinə həsr olunmuş görüşdə Polşa, Almaniya və Fransanın xarici işlər nazirləri ümumi bəyanat imzalyaıblar Bəyanatada deyilir ki, Avropa İttifaqı daha güclü, etibarlı və çevik olmalıdır. Bu barədə «Polşa radiosu» məlumat verib «Biz müasir dünyanın çağırışları qarşısında Avropa İttifaqı ölkələrinin bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərərək daha əhəmiyyətli uğurlar qazana biləcəyini nümayiş […]

Brüsseldə növbəti dəfə partlayış baş verib

Belçika paytaxtının şimalında kriminalistika institutuna gecə saatlarında hücum olub. Bir və ya bir neçə nəfər avtomobil ilə qapını qırıblar, partlayıcı qurğunu laboratoriyaların yerləşdiyi ərazidə işə salıblar. Yanğın baş verib. Binada heç kim olmadığından partlayış nəticəsində institutun əməkdaşlarından zərər çəkən olmayıb. Mənbə: oxu.az

Qurban bayramı yaxınlaşır, ət yenə bahalaşdı — Video

Qurban bayramı ərəfəsində ətin qiymətində bahalaşma müşahidə olunur. Paytaxtdakı qəssablar qiymət artımını rayondan mal qaranı baha almaqları ilə əlaqələndirirlər. Rayondakılar isə qıtlığı səbəb göstərirlər Ətin qiymətində 1 manat, 1 manat 50 qəpik bahalaşma var. Mal əti 8 manat, 8manat 50 qəpik, quzu əti isə 9 manata satılır. Qəssablar artımı rayonda mal qaranın bahalaşması ilə əlaqələndirirlər. Elə […]