Bakı 20 ℃

USD 1.7
RUB 0.0279
EUR 1.754
TRY 0.0947
Qızıl 3044.734
Gümüş 34.6579

Milli Məclisin deputatlarının maaşı artırılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Gulustan.info xəbər verir ki, aşağıdakı dəyişikliklər edilib. 1.1. 21-ci maddə üzrə: 1.1.1. birinci, ikinci və altıncı hissələr ləğv edilsin; 1.1.2. üçüncü hissədə “2475 manat miqdarında” sözləri “3550 manat məbləğində” sözləri ilə əvəz edilsin; 1.1.3. beşinci hissədə “bir misli məbləğində” sözləri “iki misli həcmində” […]

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,75 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Gulustan.info xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 9,25 % səviyyəsində saxlanılıb. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı sentyabrın 16-da ictimaiyyətə açıqlanacaq. Qərar haqqında bir qədər sonra AMB-nin sədri Taleh Kazimovun […]

Azərbaycanda qəpik pullar yenilənib

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 10, 20 və 50 qəpiklik metal pul nişanlarının dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunaraq yenilənməsi həyata keçirilmişdır. Yenilənmiş 20 qəpiklik metal pul nişanının ötən ilin dekabr ayından tədavülə buraxılması təmin edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı yenilənmiş 10 və 50 qəpiklik metal pul nişanlarının tədavülə buraxılmasını elan edir. Yenilənmiş […]

Sosial yardımlar bu tarixdə ödəniləcək

İyulun 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Gulustan.info-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Dövlət Xidmətindən sahibkarlara XƏBƏRDARLIQ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib. Gulustan.info xəbər verir ki, müraciətdə deyilir ki, iyun ayı üzrə Əlavə dəyər vergisi, Aksiz vergisi, Yol vergisi və Mədən vergisi bəyannamələri iyulun 20-dən gec olmayaraq təqdim edilməlidir. Bəyannamələr vaxtında təqdim olunmasa hər bir bəyannamə üzrə 40 manat maliyyə sanksiyası tətbiq edilir.

İyul ayının pensiyaları tam ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb. Nazirlikdən Gulustan.info-ya verilən məlumata görə, iyulun 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Qeyd edək ki, 2022-ci il üzrə verilməsi […]

Avro 20 il ərzində ilk dəfə dollara nisbətdə ucuzlaşıb

Avropanın vahid valyutası — avro nağd tədavülə buraxıldığı 2002-ci ildən bəri ilk dəfə ABŞ dollarından ucuz olub. Məlumata görə, 1 dolların məzənnəsi 0,9999 avroya bərabərləşib. Bu, ABŞ-da rekord inflasiya haqqında məlumatlar açıqlandıqdan sonra baş verib. Xatırladaq ki, bu ilin may ayında ABŞ-da illik inflyasiya 41 illik rekordu yeniləyərək 108,6 % təşkil edib.

“Aİ-98” super markalı benzin də bahalaşıb

Xarici ölkələrdən Azərbaycana idxal edilən daha bir benzin markasının qiyməti artırılıb. Gulustan.info xəbər verir ki, “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Oxu.az-a açıqlamasında bildirib ki, xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik baş verib: “Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə “Aİ-95” premium markalı […]