Bakı 20 ℃

USD 1.7
RUB 0.0292
EUR 1.8128
TRY 0.1065
Qızıl 3154.673
Gümüş 36.9838

Azərbaycan və Ukrayna arasında memorandum imzalanıb

Yanvarın 14-də Ukraynanın paytaxtı Kiyev şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsi («Ukraine Invest») arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Agentlikdən verilən məlumata görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsinin Baş icraçı direktoru Sergey Tsivkaç imzalayıblar. Sənəd Azərbaycan və Ukrayna sahibkarları arasında […]

Pensiyaların artımla nə vaxt veriləcəyi AÇIQLANIB

DOST Agentliyi pensiyaların artımla nə vaxt veriləcəyini açıqlayıb. Gulustan.info-nun məlumatına görə, DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bildirib ki, yanvar ayında Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqının məbləğini təqdim edir və istehlak qiymətlərinin indeksləşdirilməsi müəyyən olunur: “Yanvarla-fevralın artımı fevralda ödənilir. Tam məbləğ artıq mart ayından ödənilməyə başlayır. Yəni, fevral ayında artımla alınacaq […]

İcbari tibbi sığorta xidmətlərinə görə vergi güzəştlərinin müddəti daha 1 il uzadılıb

Azərbaycanda icbari tibbi sığorta xidmətlərinin göstərilməsinin əlavə dəyər vergisindən (ƏDV) azadolmanın müddəti 2023-cü ilin yanvarın 1-dək uzadılıb. Gulustan.info xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Vergi Məcəlləsinə dəyişiklikləri təsdiq etməsi ilə mümkün olub. Məcəllənin 164.1.51-ci maddəsinə edilmiş dəyişikliyə görə İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi bu ilin sonuna qədər vergidən azad ediləcək. […]

Azərbaycana 300 milyon dollara yaxın sərmayə yatırılıb — Səudiyyə Ərəbistanın energetika naziri

Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Bunu Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud «Xızı-Abşeron» Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərkən deyib. Nazir bildirib: «Ölkələrimiz arasında bir çox oxşarlıqlar var. Hər iki ölkə dinamik və qabaqcıl ölkə olaraq, […]

Ölkə üzrə bütün pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Respublika üzrə bütün pensiyaların yanvarın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Gulustan.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişi həyata keçirilib. Gulustan.info xəbər verir ki, həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək. Qeyd edək ki, bu ilin əvvəlindən ölkədə əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata çatdırılıb və həmin məbləğdən aşağı […]

Azərbaycanın 50 manatlıq pul nişanı ən mükəmməl banknot kimi finala çıxıb

Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin əvvəlindən yenilənərək tədavülə buraxdığı 50 manatlıq pul nişanı bu ilin ən mükəmməl banknotu kimi finalçılar sırasına seçilib. Gulustan.info bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, ABŞ-ın tanınmış “Beynəlxalq Pul Nişanları Assosiasiyası” (IACA-ABŞ) “2022-ci ilin Ən Mükəmməl Yeni Pul Nişanı” nominasiyası üzrə beynəlxalq müsabiqə keçirib və bu müsabiqəyə bir sıra […]

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,36 ABŞ dolları, yaxud 0,42 % azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 85,21 ABŞ dolları təşkil edib. Xatırladaq ki, «Azeri LT CIF» neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ […]