“KamAZ” Gəncə Avtomobil Zavoduna 400 milyon yatırım edəcək

Rusiyanın “KamAZ” şirkəti ilə Gəncə Avtomobil Zavodu arasında müqavilə imzalanıb. Bu məlumatı Rusiya Sənaye və Ticarət Nazirliyi yayıb. Müqaviləyə əsasən, “KamAZ” Gəncə Avromobil Zavoduna 400 milyon rublluq avtomobil komplekti tədarük edəcək. Qeyd edək ki, “KamAZ” dünyanın ən böyük yük avtomobili istehsalçılarından biri sayılır. Şirkətin tərkibində hazırda 11 nəhəng zavod birləşir. 2018-ci ildə “KamAZ”ın gəliri 2,2 […]

Facebook-a qarşı inanılmaz məbləğdə cərimə!

İtaliyanın fərdi məlumatların mühafizəsinə dair təşkilatı dünyaca məşhur sosial şəbəkəni “Cambridge Analytica” şirkəti ətrafında yaşanan qalmaqal ilə bağlı qayda pozuntusuna görə 1 milyon avro məbləğində cərimə edib. Britaniya şirkəti təxminən 87 milyon “Facebook” istifadəçisinin razılığı olmadan onların şəxsi məlumatlarını toplayıb və fərdi siyasi reklam üçün istifadə edib. Məlumatların ötürülməsinin 2016-ci ildə Brexit üzrə keçirilən referendumda […]

Dövlət Neft Fondu Milandakı sarayını satışa çıxarır

Bloomberg xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondu, Milanda sahib olduğu Palazzo Turati ofis kompleksini satmaq üzrədir. Bu əmlakın satış qiyməti 126 milyon dollar təşkil edir. Qeyd edək ki, Palazzo Turati Milan şəhərinin qədim tarixi yerlərindən birində, yerləşir. Bina qraf Turatinin sifarişi ilə 1876 — cı ildə inşa olunub. Dövlət Neft Fondu bu satışı Bloomberga şərh etməyib. […]

ABŞ Huawei şirkətinə qarşı sanksiyanı ləğv etsə də, şirkət əks addım atdı

Keçən həftə ABŞ prezidenti Donald Trump, Huawei şirkətinə qarşı təyin olunmuş ticarət blokadasını zəiflətmiş və ABŞ şirkətlərinə öz məhsullarını Huawei-yə satmağa icazə vermişdi. Huawei şirkətinin yaradıcısı və general direktoru olan Ren Zhengfei isə bu məsələyə öz fikrini bildirib və şirkətin gələcəyi barəsində gözlənilməz bəyanat verib. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib. “Sanksiyaların ləğv olunması ədalətlidir. Biz heç bir səhv etməmişik ki, […]

Yeni kassa aparatları gəlir – İlk “qurban” böyük marketlərdir

Quraşdırılma prosesi əsas marketlər üzrə iyul ayı ərzində yekunlaşacaq. Vergilər Nazirliyi tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işlər davam etdirilir. Artıq Bakı, Gəncə və Sumqayıt şəhərlərində müvafiq fəaliyyət sahələrində yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi üzrə birinci mərhələ çərçivəsində işlər icra olunur. Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib ki, bu aparatlar ilkin mərhələdə […]

Azərbaycan dollardan imtina edəcəkmi? — Dəvət

«Avropa İttifaqı ölkələri ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün xüsusi bir sistem yaradıb və avro cinsindən müqavilələrin həmin sistem vasitəsilə həyata keçirilməsinə çalışırlar» «Dollardan imtina ilə bağlı məsələlər çox zaman siyasi bəyanat xarakteri daşıyır. Çünki praktiki olaraq bunun həyata keçirilməsi həmişə bəzi maneələrlə qarşılanır. İş adamlarına məzənnələrin tez-tez dəyişməsi əlavə məzənnə riski və məzənnə […]

Güzəştli ipoteka krediti ilə mənzil almaq istəyənlər! Bu xəbər sizin üçündür

Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli ipoteka krediti hesabına mənzil əldə etmək istəyən vətəndaşlara müraciət edib Müraciətdə bildirilir ki, Azərbaycan Prezidentinin 2019-cu il 14 yanvar tarixli fərmanına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli […]

Bu şəxslərin pensiyası 30%-dan çox artacaq

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamları ilə dövlət sektorunda əməkhaqlarının ciddi şəkildə artımı qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da 30 faizdən çox artmasına səbəb olacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onların sırasına dövlət qulluqçuları, hərbi qulluqçular, […]