Apple şirkətinin ağlasığmaz gizli layihələri barəsində məlumat yayıldı

Apple şirkətinin baş dizayneri Jony Ive-ın şirkətdən ayrılması xəbərindən sonra internetdə onun daha öncədən üzərində çalışdığı gizli layihələr barəsində məlumatlar ortaya çıxmağa başladı. The Information saytı öz mənbələrinə istinadən Jony Ive-ın öz komandası ilə çalışdığı gizli Apple layihələrini ortaya çıxardıb. Bu barədə Macrumors saytına istinadən 4pda saytı xəbər verib. Beləliklə hesabatda qeyd olunub ki, Jony Ive bir neçə pilotsuz avotomobil dizaynının prototipini yaradıb. […]

Tramp “Huawei” qarşı yumşaldı — Avadanlıqların satışına icazə verdi

ABŞ şirkətlərinə “Huawei” avadanlıqlarının satışına icazə veriləcək. Bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib. “ABŞ şirkətləri milli təhlükəsizlik üçün problem yaratmayan “Huawei” adavdanlıqlarını sata bilərlər. Biz onlara satış üçün icazə verəcəyik”, deyə Tramp bildirib. Qeyd edək ki, bir müddət öncə Trampın imzaladığı sərəncamla “qara siyahı”dakı xarici şirkətlərin hökumətin icazəsi olmadan Amerika şirkətlərinə […]

Rusiya və Çin dollardan imtina etdi

Hazırda Rusiya və Çin müəssisələri arasında yeni hesablaşma mexanizmlər yaradılır Rusiya və Çin milli valyutalarda hesablaşmalara keçid haqqında hökumətlərarası razılaşma imzalayıb. Rusiya KİV-nə istinadən xəbər verilir ki, müvafiq sənədi Rusiya maliyyə naziri Anton Siluanov və Çin Mərkəzi bankının sədri İ Qan tərəfindən imzalanıb. Rusiya maliyyə nazirinin müavini Sergey Storçakın müvafiq məktubundan məlum olur ki, tərəflər sazişi hələ […]

Tesla şirkətinin gizli layihəsi ortaya çıxdı

Tesla şirkəti Frimontdakı avtomobil zavodunun yanındakı müəssisədə elektromobillər üçün gizli şəkildə özünün batareyalarının yaradılması üzərində çalışır. Bu barədə CNBC saytına istinadən Vc.ru saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Frimontdakı zavodda şirkət Model S, Model X və Model 3 elektromobillərini istehsal edir. Onlar üçün olan batareyalar isə Nevadadakı Gigafactory adlı zavodda istehsal olunur. Bu zavoddan Panasonic şirkəti ilə birlikdə istifadə edilir. Məlumata əsasən, Tesla şirkətinin tədqiqat komandasının əməkdaşları […]

Lombardların fəaliyyətində dəyişiklik

«2018-ci ildə fəaliyyət göstərən lombardlardan büdcəyə daxil olan vergilərin ümumi məbləği cəmi 938 min manat olub» «Ölkədə qeydiyyatdan keçmiş 700-dən artıq lombard fəaliyyəti ilə məşğul olan təsərrüfat subyekti müəyyən edilsə də, onların təxminən yarısı aktiv fəaliyyətini davam etdirir». Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə […]

Sahibkarların nəzərinə! Onlar üçün təlim keçiriləcək

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sahibkarlara müraciət edib. ASK-dan bildirilib ki, konfederasiyanın təşkilatçılığı və “SM Consulting” MMC–nin əməkdaşlığı ilə iyulun 2-də “Əmək münasibətləri zamanı vergi və məcburi dövlət sosial sığorta məqsədləri üçün əməliyyatların tənzimlənməsi” mövzusunda təlim keçiriləcək. Təlimdə minimum əməkhaqqının artmasının Dövlət Sosial Müdafiə Fondu (DSMF) ödənişlərinə təsiri, DSMF hesabatlılığının düzgün tərtib olunması, […]

FedEx şirkəti ABŞ ticarət nazirliyini məhkəməyə verib — Sanksiyalara və Huawei’yə görə

ABŞ-ın poçt və kuryer xidmətlərini təqdim edən FedEx şirkəti ABŞ-ın ticarət nazirliyini məhkəməyə verib. Belə ki, FedEx hökumət tərəfindən qəbul olunmuş eksport yoxlanışı qanunundan şikayətçidir. Bu qanuna əsasən kuryer sahəsində fəaliyyət göstərən bütün şirkətlər eksport qanunlarının pozulub-pozulmaması üzrə bütün bağlamaların içlərini yoxlamalıdır. Bu barədə CNN saytına istinadən Gagadget saytı xəbər verib. FedEx fikirləşir ki, bu cür qanun ölkə konstitusiyasını, əsasən də […]

Yeni vergi məcəlləsi — Hansı mallar vergidən azad edilir?

Azərbaycanda kənd təsərrfatı sahəsində bir sıra mallar və məhsullar vergi ödəməkdən azad edilir. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir. Hazırda kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğular, maşın, avadanlıq və texnikaların idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib. Məcəlləyə təklif edilən yeni əlavəyə görə, kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğularla yanaşı, siyahısı […]