Bakı 19 ℃

USD 1.7
RUB 0.0292
EUR 1.8128
TRY 0.1065
Qızıl 3154.673
Gümüş 36.9838

Azərbaycan neftinin qiyməti 77 dolları ötüb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftin qiyməti 0,19 ABŞ dolları, yaxud 0,25 % artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 77,19 ABŞ dolları təşkil edib. Xatırladaq ki, «Azeri LT CIF» neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə […]

Azərbaycanda “Dövlət borcu haqqında” qanun dəyişdirilir

Azərbaycanda dövlət borcunun əsas məbləğinin qaytarılması üzrə ödənişlər cari büdcə ili ərzində cəlb edilən dövlət borcalması hesabına təmin edildikdə, bu ödənişlərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilməyəcək. Gulustan.info-nun məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin […]

Bakıda V Bankçılıq Forumu keçirilir

Dekabrın 8-də Bakıda V Beynəlxalq Bankçılıq Forumu işinə başlayıb. “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda keçirilən forum “MasterCard”ın tərəfdaşlığı ilə baş tutub. Forumda “Rəqəmsal bank”, “Hər cihazda bankçılıq”, “Platforma bankçılığı və rəqəmsal ekosistem”, “İnnovativ ödəniş ekosistemi”, “Rəqəmsal valyutalar: mərkəzi banklara gedən yol”, “Blokçeyn texnologiyası: maliyyə xidmətlərində tarixi layihələr”, “Təkmilləşən ekommersiya: artan tələb”, “Komplaynsa fokuslanma”, […]

Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

«Dayanıqlı inkişaf prioritetlərimizə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsi və şəffaflığın artırılması istiqamətində səylərimizi davam etdiririk». Gulustan.info xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. «Yenilənmiş proqnozlara görə, bu il Azərbaycanda qeyri-neft məhsullarının ixrac dəyəri rekord həddə çataraq 2,6 milyard ABŞ dollarını keçəcək», — deyə o qeyd edib.

Azərbaycanın qeyri-neft ixracı 44 faiz artıb

“İxrac icmalı” nın dekabr sayına əsasən, 2021-ci ilin ilk 11 ayı ərzində Azərbaycanın ixracı 19,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,4 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 720,8 mln. ABŞ dolları və ya 44% artıb. Bu barədə  Gulustan.info-ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib. 2021-ci […]

Bu tarixdə Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək

Dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Bu barədə Gulustan.info-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Məlumata görə, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları qrafik üzrə bu ay ödəniləcək.

Maaş, pensiya və təqaüdlərin nə qədər artacağı AÇIQLANIB

«Gələn il əməkhaqqı orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artımlar olacaq». Bunu Milli Məclisin Əmək və sosial siaysət komitəsinin sədri Musa Quliyev deyib. Onun sözlərinə görə, 2022-ci ildə təqaüdlərin və sosial müavinətlərin bəzilərin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda sosial rifahını qoruyan addımlar da atılmalıdır: […]

Neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin fevral müqaviləsinin dəyəri 2,02% artaraq 1 barelə görə 71,29 dollar təşkil edib. Gulustan.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,14% artaraq 67,68 dollar təşkil edib.