Bakı 19 ℃

USD 1.7
RUB 0.0307
EUR 1.8199
TRY 0.1052
Qızıl 3167.202
Gümüş 37.5012

Artıq problemli kreditlərin həlli ilə bağlı Apellyasiya Komissiyası işinə başlayır

Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apellyasiya Komissiyası yaxın günlərdə fəaliyyətə başlayacaq. Bu barədə Palatadan bildirilib. Məlumata görə, Komissiya sözügedən məsələ ilə bağlı Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı fərmanın əhatə dairəsinə düşməyən vətəndaşların şikayətlərini araşdıracaq. Həmin şəxslərin müraciətləri onlayn rejimdə qəbul ediləcək və hər müraciətə 14 iş gün müddətində baxılıb cavab verilməsi nəzərdə […]

Azərbaycanda növbəti yenilik — Nəqliyyat qovşağı istifadəyə verildi

Ölkəmizə səfər edən turistlərin, eləcə də regionlardan paytaxta gələn vətəndaşların təhlükəsizliyini və rahatlığını təmin etmək, avtobusların, minik avtomobillərinin hərəkətini nizamlamaq məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində nəqliyyat qovşağı istifadəyə verilib. BBAK-dan bildirilib ki, nəqliyyat qovşağı 50 min kvadratmetr ərazini əhatə edir. 8500 kvadratmetr ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılaraq 2000-dən çox ağac əkilib. Ərazidə […]

Ölkədə yeni lizinq şirkəti yaradıldı

Vergilər Nazirliyi «Grand Leasing» MMC-ni dövlət qeydiyyatına alıb. Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Vahid Əli oğlu Bağırovdur. Mənbə ekonews.az

Maşın bazarında vəziyyət nə yerdədir?

Rayonlardakı maşın bazarlarında daha çox avtomobil satışa çıxarılsa da durğunluq yaşanır. Alıcılar durğunluğa görə, satıcıları ittiham edir. Gəncə və Bərdənin maşın bazarlarından hazırlanan sujeti təqdim edirik Gəncənin yeni maşın bazarında avtomobil sıxlığı müşahidə olunur. Bütün ətraf bölgələrdən gələn alıcı və satıcılar bazarda əsl izdiham yaradıb. Ancaq bu alış-verişin canlanmasına təsir edə bilmir. Alıcılar isə bazardakı […]

Yenə də «Facebook», «Instagram», «Whatsapp» və «Messenger»in işində problem yaranıb

Facebook»a məxsus sosial şəbəkələrdə, o cümlədən «Instagram», «Whatsapp» və «Messenger» proqramlarının işində problem yaranıb. Bu barədə sosial şəbəkələrin və veb səhifələrin işini müşahidə edən «DownDetector.com» məlumat yayıb. Sosial şəbəkə istifadəçiləri xüsusən xəbər lentində, yazışmalarda problemlərin olmasından şikayət edirlər. Problemlər Azərbaycanla yanaşı, ABŞ, Yunanıstan, Britaniya, İspaniya və digər ölkələrdə müşahidə olunur. Mənbə report.az

Bakının baş planını hazırlayacaq şirkət bəlli oldu — 11 milyona başa gələcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakının Baş Planın hazırlanması ilə bağlı keçirilən açıq tenderin qalibi Almaniyanın “AS+P” şəhərsalma şirkəti olub. Fins.az xəbər verir ki, “AS+P” şirkəti ilə 6 mln. 391 min 231 dollar ( 10 mln. 865 min 92 manat) məbləğində satınalma müqaviləsi bağlanılıb. Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlığa cəlb […]

Türk lirəsi yenidən ucuzlaşdı

Lirə yenidən ucuzlaşıb. Son vaxtlar dollar qarşısında dəyəri azalan lirənin qiymətində yenidən ucuzlaşma oldu. Son 24 saat ərzində dolların qiyməti bahalaşaraq 5.82 dollar təşkil etmişdir. Hazırda 1 dollar 5,77 lirə təşkil edir. Mənbə ekonews.az

“Yuventus” azarkeşlərinə şad xəbər! — Beynəlxalq Bank klubla birgə layihələrə start verəcək

İtaliyanın “Yuventus” futbol klubunun azarkeşlərinə Azərbaycan Beynəlxalq Bankından maraqlı xəbər var. Bankdan verilən məlumata görə, “Yuventus”un regional partnyoru olan Azərbaycan Beynəlxalq Bankı klubla birgə layihələrə start verəcək. Bu çərçivədə bank və klubun müştərək brendləşdirilmiş (cobrand) debet kartları buraxılacaq. Özəl dizaynla hazırlanmış və üzərində Azərbaycan Beynəlxalq Bankı ilə “Yuventus”un loqoları olan bu kartlarla müştərilər istədikləri kart […]