Azərbaycanda minimum əməkhaqqının artımından sonra dəqiq rəqəmlər açıqlandı — RƏSMİ

Artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə (PPP) 2-ci yerdə qərarlaşacaq Prezident İlham Əliyevin «Minimum aylıq əməkhaqqının artırılması haqqında» 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Sputnik Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin […]

Sahibkarlıq kreditləri üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsinin prosedur qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər çərçivəsində sahibkarların, xüsusilə kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, eləcə də kredit zəmanət mexanizminin təkmilləşdirilməsi və stimullaşdırılmasına dəstək məqsədilə İdarə Heyətinin 25 may 2018-ci il tarixli 08-2018 nömrəli qərarı ilə təsdiq edilən “Sahibkarlıq kreditləri üzrə zəmanətlərin və faiz subsidiyalarının […]

Facebook şirkəti rəsmi olaraq Libra adlı kriptovalyutasını təqdim etdi

Facebook şirkəti özünün blockchain layihəsi olan Calibra.com saytını təqdim edərək Libra adlı kriptovalyutasını anons etdi. Sözügedən layihənin inkişafı ilə Mastercard, Visa, Spotify, PayPal, eBay, Uber, Vodafone şirkətləri ilə Andreessen Horowitz və Thrive Capital vençur şirkətlərinin daxil olduqları konsorsium məşğul olacaq. Bu barədə Rusbase saytı xəbər verib. Qeyri kommersiya məqsədli təşkilatlar istisna olmaqla hər bir iştirakçı şirkət bu layihəyə 10 milyon dollar investisiya yatıracaq. Layihənin işə salınması isə 2020-ci […]

Azərbaycanda daha iki sığorta agentliyi yaradıldı

Vergilər Nazirliyi mayın 31-də “Risk Sığorta Agentliyi” və “İnam Sığorta Agentliyi” MMC-ləri dövlət qeydiyyatına alıb. Nazirliyə istinadən xəbər verilir ki, yeni şirkətlərin hüquqi ünvanları müvafiq olaraq Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi, ev 8, mənzil 3 və Yasamal rayonu, İbrahim Əbilov küçəsi, ev 57, nizamnamə kapitalları 10 manat, qanuni təmsilçiləri isə Fuad Yusif oğlu Fərəcov və […]

“Facebook”-dan növbəti yenilik — Öz kriptovalyutasını yaradacaq

“Facebook” şirkəti 2020-ci ildə özünün kriptovalyutasını dövriyyəyə buraxmağı planlaşdırır. Trend-in məlumatına görə, “Libra” adını daşıyacaq kriptovalyuta ilə “Facebook Messenger”, “WhatsApp” və bu valyuta üçün xüsusi yaradılacaq proqram vasitəsilə əməliyyatlar aparmaq mümkün olacaq. Şirkətdən bildiriblər ki, kriptovalyuta blokçeyn texnologiyası əsasında dövriyyəyə buraxılacaq. Bir müddət əvvəl məlumat verilmişdi ki, “Visa”, “Mastercard”, “PayPal” və “Uber” “Facebook”un yaradacağı kriptovaluyutanın […]

Türkiyənin qiymətli kağızları “zibil” adlandırılan səviyyəyə düşdü — İnvestorlara həyəcan siqnalı

“Moody’s” Beynəlxalq Reytinq Agentliyi ötən cümə Türkiyənin suveren kredit reytinqini “Ba3” səviyyəsindən “B1” səviyyəsinə endirib. Bununla da ölkənin qiymətli kağızları “zibil” adlandırılan səviyyəyə düşdü. Reytinq üzrə proqnoz isə “Neqativ” kimi müəyyən edildi ki, bu da reytinqin daha da endirilə biləcəyi anlamına gəlir. Reytinqin aşağı salınmasının səbəbi kimi ölkənin xarici ticarət bohranı təhlükəsinin artması və Türkiyənin iqtisadiyyatı dəstəkləmək və borclarını ödəmək […]

ABŞ şirkətləri Huawei ilə əməkdaşlığa qoyulmuş qadağanın yumşaldılmasına nail ola biləcəkmi?

Broadcom şirkətinin ABŞ sanksiyaları səbəbi ilə gəlir itkisi hesabatının fonunda ABŞ şirkətləri Huawei ilə əməkdaşlığa qoyulmuş qadağanın yumşaldılmasına nail olmağa çalışırlar. Bu barədə Reuters saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə Reuters-in öz mənbələrinə istinadən verdiyi məlumata əsasən sanksiyaların ləğv olunmasını Qualcomm, Intel və Xilinx kimi mikrosxem istehsalçıları istəyirlər. Məsələ burasındadır ki, Huawei şirkəti onların ən böyük müştərisi idi. Bu cür müştərinin itirilməsi səbəbilə isə şirkətlər böyük […]

ABŞ-ın “Huawei”yə qarşı sanksiyalarının vuracağı zərər nə qədər olacaq?

ABŞ hökumətinin “Huawei” şirkətini “qara siyahı”ya salmaq qərarından sonra şirkətin yaxın iki ildəki gəliri 30 milyard dollar azalacaq. Çin Mərkəzi Televiziyasına istinadən xəbər verilir ki, bunu şirkətin banisi və rəhbəri Ren Jenqfei canlı yayımda bildirib. “Çox güman ki, yaxın iki il ərzində istehsalı azaldacağıq, gəlirimiz də daha əvvəlki proqnozlara nisbətən 30 milyard dollar az olacaq”, – deyə şirkətin rəhbəri qeyd edib. 1987-ci […]