Bakı 16 ℃

USD 1.7
RUB 0.0281
EUR 1.816
TRY 0.1038
Qızıl 3137.4775
Gümüş 37.0302

Bütün ölkə üzrə pensiyalar ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla bütün ölkə üzrə noyabr ayının pensiyaları ödənilib. Fonddan Gulustan.info-ya verilən məlumata görə, vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Azərbaycan iqtisadiyyatına 300 milyard dollar pul qoyulub — Nazir

«1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dolları investisiya qoyulub». Gulustan.info xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, bunun yarısı xarici sərmayələrdir. «O cümlədən ölkənin sənaye zonalarına qoyulması nəzərdə tutulan 6,7 milyard dollar investisiyanın […]

Bakıda 25-ci Beynəlxalq Biznes Forumu işə başlayıb

Bu gün Bakıda 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) işə başlayıb. 3 gün davam edəcək tədbirdə 30-a yaxın ölkədən dövlət rəsmiləri, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palatalarının və biznes assosiasiyaların nümayəndələri, 500-ə yaxın xarici investor, iş adamı iştirak edir. IBF-in məqsədi Azərbaycanın investisiya potensialını xarici sərmayədarlara tanıtmaqdır. Forumda Azərbaycan iqtisadiyyatına, o cümlədən […]

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 12-də 84,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel azdır. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 83,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,25 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə […]

Əsassız pensiya almış vətəndaşların NƏZƏRİNƏ!

Əsassız pensiya almış vətəndaşlardan həmin məbləğin qanunvericilik çərçivəsində minimum tutulmalarla geri qaytarılması məsələsi müzakirə edilir. Gulustan.info-nun məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin müakirələri zamanı deyib. Nazir bildirib ki, əsassız pensiyalarla bağlı ötən illər […]

Neft ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 0,75% azalaraq 1 barelə görə 82,25 dollar təşkil edib. Gulustan.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,69% azalaraq 81,03 dollar təşkil edib.

Gələn ilin dövlət büdcəsində xərclər manatın bügunkü məzənnəsi ilə hesablanıb — Samir Şərifov

Gələn ilin dövlət büdcəsində xərclər manatın bügunkü məzənnəsi ilə hesablanıb. Gulustan.info-nun məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcə ilə bağlı keçirilən iclasdan sonra jurnalistlərə açıqlamasında deyib. «Biz çalışırıq ki, bizim büdcə xərclərimiz hər hansı formada manatın məzənnəsinin dəyərsizləşməsinə xidmət etməsin. Bu baxımdan biz Mərkəzi Bankla birlikdə olduqca əlaqələndirilmiş şəkildə siyasət aparırıq. Onu […]

Əsassız və saxta pensiya verilməsinin qarşısı tam alınır — Nazir

Əsassız və saxta yollarla pensiya verilməsinin qarşısını almaq istiqamətində ciddi tədbirlər görülür. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, hazırda ölkə üzrə sosial xərclərin təyinatı mərkəzləşdirilir. «Burada tək pensiyalardan […]