«Ferrari» minlərlə avtomobilini geri çağırır

«Ferrari» avtomobil markası Çin bazarında 2071 avtomobilini geri çağırır. «Sinxua» agentliyinə istinadən verdilən məlumata görə, avtomobillərin geri çağırılmasına səbəb təhlükəsizlik yastıqlarında aşkarlanan problem olub. Bildirilir ki, avtomobillərin geri çağırılması prosesi cari ilin iyul ayının 1-dən başlayacaq, 2013-cü ilin aprel ayının 8-dən 2017-ci ilin noyabr ayının 28-dək buraxılan və Çinə idxal edilmiş avtomobillərə şamil ediləcək. Bundan […]

Huawei ilə əməkdaşlıq etmək istəyənlərin sayı durmadan azalır — Mobil operatorlar da imtina etdi

ABŞ hökuməti tərəfindən qara siyahıya salındıqdan sonra Huawei ilə əməkdaşlıqdan təkcə Google şirkəti ilə bir sıra prosessor istehsalçıları deyil həm də mobil operatorlar da imtina ediblər. Bu barədə Mspoweruser.comsaytına istinadən 4pda saytı xəbər verib. İngiltərənin Vodafone və EE adlı mobil operatorları 5G modemə sahib qatlana bilən Mate X smartfon modelinin ön sifarişlərinin ləğv olunduğunu elan ediblər. Qeyd etmək lazımdır ki, Vodafone ilə EE mobil operatorları British Telecom şirkətlər qrupuna daxildir. Mate X […]

Dünya nəhəngi kosmetika şirkəti səhmlərini satır

İngiltərə-ABŞ kosmetika şirkəti «Avon» Braziliyanın «Natura Cosmeticos» şirkəti ilə biznesinin satışı mövzusunda müzakirələr apardığını təsdiqləyib Danışıqlar yaxşı gedir, lakin bu, tərəflərin mütləq razılığa gələcəyi anlamına gəlmir. Daha əvvəl «Financial Times» müzakirələr prosesinə yaxın olan mənbələrinə istinadən söhbətin birləşmədən getdiyini xəbər vermişdi. Məlumata görə, «Natura» müştərək şirkətin səhmlərinin 76%-nin sahibi olacaq, qalan pay isə «Avon»un mövcud […]

«Əks halda problemlər daha da çoxalacaq, Azərbaycan «metallomluq» maşınlarla dolacaq»

Ekspert: «Şirkətlər köhnə avtomobilləri kasko sığorta etmək istəmir» Son zamanlar Bakı küçələrində Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin sayı kəskin şəkildə artıb. Avtomobillərin əksəriyyəti də köhnə, demək olar ki, istifadəyə yararsız vəziyyətdədir. Maraqlıdır ki, nə baş verir, hansı səbəbdən ölkəmizə belə maşınlar gətirilir? Yol-nəqliyyat ekspertləri Sputnik Azərbaycan-a açıqlamalarında bu məsələlərə aydınlıq gətiriblər. Yol-nəqliyyat eksperti Tural Yusifov […]

«Apple Çində qadağan edilsə mənfəəti 29 faiz düşə bilər»

ABŞ-ın Huawei-yə hücumuna cavab olaraq Apple məhsullarının Çində qadağan edilməsi ehtimalı var. ABŞ-ın investisiya bankı «Goldman Sachs»a görə, Apple məhsullarının Çində qadağan edilməsi vəziyyətində mənfəəti təxminən 29 faiz azala bilər.   Həmçinin «Goldman Sachs», iPhone-lardakı İntel modemlərin ABŞ-da və Apple A seriyası çiplərin isə Tayvanda istehsal edildiyinə diqqət çəkib.  «Goldman Sachs» Apple-ın səhmləri üzrə 12 aylıq qiymət […]

ABŞ Çinin Huawei şirkətinə 3 aylıq lisenziya verdi

ABŞ hökuməti Çinin Huawei şirkətinə və onun strukturuna daxil olan digər şirkətlərə 19 avqust 2019-cu il tarixinə kimi müəyyən müddətlik lisenziya verib. Həmin lisenziya 90 gün üçün nəzərdə tutulub. Lisenziya vaxtının bitməsinə kimi şirkət öz cihaz və şəbəkələrinin dəstəklənməsi üçün ABŞ-dan təchizat alışını və istifadəsini reallaşdıra biləcək. Bu barədə Reuters saytına istinadən Vc.ru saytı xəbər verib. Buna baxmayaraq şirkətə yeni məhsulların […]

Androiddən möhtəşəm yenilik — Reallaşdırılması qeyri-mümkün olan funksiya gəlir

Android 10 (Android Q) əməliyyat sistemi hələ beta mərhələsindədir və o, yay fəslinin sonunda işıq üzü görəcək. Lakin buna baxmayaraq Google şirkəti artıq Android 10-dan sonra olacaq versiya üzərində düşünür. Belə ki, heç gözlənilmədən şirkətin Android şöbəsinin vitse-prezidenti Dave Burke, Android R əməliyyat sisteminin hazırlanmasını təsdiqləmək ilə birlikdə həmçinin onda olacaq yeni funksiya barəsində məlumat da verdi. Daha əvvəllər həmin funksiyanın […]

Şirkətlər, diqqətli olun! Yeni cəza qaydaları gəlir

Azərbaycanda təyyarədəki sərnişinlərlə bağlı məlumatı təqdim etməyən şirkətlər cəzalanacaq Milli Məclisin bu gün keçirilın plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.  Məcəllənin 295-ci (Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması) maddəsinə iki yeni bənd əlavə edilir.  Əlavədə qeyd olunur ki, daşıyıcılar tərəfindən Azərbaycan ərazisinə enəcək və tərk edəcək hava gəmisinin sərnişinlərinə dair nəzərdə tutulan məlumatların biletin […]