Bakıda evlər ucuzlaşdı

Yay ayları olduğu üçün ümumiyyətlə mənzil bazarında nisbi ucuzlaşma hiss olunur. Konkret olaraq yay ərəfəsində — mayda Bakının təkrar mənzil bazarında qiymətlər aprel ayı ilə müqayisədə artıq 1,8 faiz azalıb, ötən ilin may ayı ilə müqayisədə isə 5,1 faiz artıb. Bunu «MBA Group» konsaltinq şirkətindən bildiriblər. Bu ilin mayında mənzilin bir kvadrat metri üçün orta […]

ABŞ Facebookla bağlı antimonopoliya istintaqına başladı

Keçən ay ABŞ-ın federal ticarət komissiyası Facebook şirkətinə qarşı antimonopoliya istintaqına start vermişdi. Bu barədə Facebook şirkətinin 2019-u ilin ikinci rüb hesabatında qeyd olunub. 23 iyul tarixində isə ABŞ-ın ədliyyə nazirliyi böyük texnoloji şirkətlərə qarşı irimiqyaslı istintaqa start verdi. Həmin şirkətlər rəqabət qaydalarına riayət edib-etməmələri üzrə yoxlanılırlar. Bu barədə CNBC saytına istinadən Vc.ru saytı xəbər verib. Ədliyyə nazirliyi konkret olaraq hansı […]

Türkiyədə bank faizləri endirildi: dollar sürətlə ucuzlaşır

Türkiyə Mərkəzi Bankı bank faizlərinin 24-dən 19,75-ə endirilməsinə qərar verib. Qərarı Mərkəzi Bankın pul siyasəti komissiyası açıqlayıb. Yayılan açıqlamada prosesin davam etdiriləcəyi və inflyasiyanın minimuma endiriləcəyi qeyd olunub. Qərardan dərhal sonra dolların türk lirəsinə nisbətdə eniş yaşadığı müşahidə olunub. İstanbul bazarlarında günə 5,7140 səviyyəsində başlayan dollar Mərkəzi Bankın qərarından sonra 5,65 səviyyəsinə enib. Mənbə axar.az

«Moody’s» Azərbaycanın bank sektoru üzrə proqnozunu «müsbət»-ə yüksəltdi

Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə proqnozunu «stabildən”dən «müsbət» səviyyəsinə yüksəldib. «Moody’s”dən verilən məlumata görə, davamlı iqtisadi artım və ev təsərrüfatlarının misli görünməmiş dəstəyi Azərbaycanın bank sektoruna «müsbət” proqnoz verməyə təsir edən əsas amillərdir. «Proqnoz 12-18 aylıq dövrdə bankların kredit qabiliyyətinin necə dəyişəcəyi ilə bağlı gözləntilərimizi əks etdirir”, — deyə Agentliyin məlumatında bildirilir. […]

Qatlana bilən Samsung Galaxy Fold bu tarixdə satışa çıxarılacaq

3 ay bundan öncə Samsung şirkəti qatlana bilən Galaxy Fold smartfon modelinin test versiyalarını jurnalistlərə göndərmişdi. Bu test nəticəsində isə məlum oldu ki, Galaxy Fold-un ekranı 1-2 günlük istifadədən sonra sıradan çıxır. Nəticədə şirkət smartfon modellərini geri çağırdı və onun satışlarını bilinməyən vaxta kimi təxirə saldı. Uzun müddətlik sakitlikdən sonra şirkət bu smartfonun nə zaman satışa çıxacağı barəsində məlumatı […]

Facebook şirkəti ABŞ tərəfindən 5 milyard dollar dəyərində cərimələndi

ABŞ-ın federal ticarət komissiyası istifadəçi məlumatlarının qorunması problemləri səbəbilə Facebook şirkətini 5 milyard dollar dəyərində cərimələdi. Bu isə komissiya tarixində ən böyük cərimə göstəricisidir. Bu barədə Reuters saytına istinadən Vc.ru saytı xəbər verib. Bu cərimə şirkətin bir aylıq gəlirinə bərabərdir.  Cərimədən əlavə olaraq komissiya Facebook şirkətindən istifadəçi məlumatlarının qorunmasının sərtləşdirilməsini də tələb edib. Bu ilin birinci rübü üzrə hesabatında şirkət bildirmişdi […]

«Audi» «Barselona»ya verdiyi maşınları geri istəyir

«Barselona»nın «Audi» şirkəti ilə əməkdaşlığı sona çatıb. Tərəflər arasında müqavilənin müddəti iyun ayının 30-da bitib. Bununla əlaqədar məşhur avtomobil konserni sponsorluq müddətində Kataloniya klubunun futbolçularına pulsuz verilən maşınların geri qaytarılmasını tələb edib. Futbolçuların nəzərinə çatdırılıb ki, Asiya toplanışından sonra avtomobillər «Audi» şirkətinə təhvil verilməlidir. Qeyd edilir ki, «Barselona»lı oyunçuların səfər zamanı tez-tez rəqib şirkətlərin avtomobillərindən […]

Dələduzlar Facebook və Instagram’da Libra kriptovalyutasının saxta satış səhifələrini yaradıb

Dələduzlar hələ rəsmi olaraq istifadəyə verilməmiş Libra kriptovalyutasının Facebook və Instagram-da saxta satış səhifələrini yaradıblar. Bu barədə The Washington Post saytına istinadən Rusbase saytı xəbər verib. İstifadəçiləri həmin saxta satış səhifələrinin həqiqət olduqlarına inandırmaq üçün dələduzlar Libra kriptovalyutasının loqosundan, rənglərindən və Mark Zuckerberg-in fotosundan istifadə edirlər. Dələduzlardan ibarət bəzi qruplar abunəçi sayı yığmaq üçün özlərini sözügedən kriptovalyutanın rəsmi təmsilçiləri kimi qələmə verirlər. Digərləri isə Libra […]