Bakı 16 ℃

USD 1.7
RUB 0.0281
EUR 1.816
TRY 0.1038
Qızıl 3137.4775
Gümüş 37.0302

Pensiyalar bu tarixdə tam ödəniləcək — RƏSMİ

Respublika üzrə pensiyaların sentyabrın 15-də tam ödənilərək, yekunlaşdırılması nəzərdə tutulub. Gulustan.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Mərkəzi Bank banklara göstəriş verib

Tədavüldə olan pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması, pulların saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili və nağd pulla bağlı əhalinin məmnunluğunun təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Tədavüldə təmiz pul siyasəti” həyata keçirilir. AMB-dən Gulustan.info-ya bildirilib ki, bu siyasət çərçivəsində kommersiya banklarından daim avtomatlaşmış sistemlərdə emal edilmiş yüksək keyfiyyətli pul nişanlarının və ya Mərkəzi Bankın […]

Neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri 0,32% artaraq 1 barelə görə 73,15 dollar təşkil edib. Gulustan.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,36% artaraq 69,97 dollar təşkil edib.

Mikayıl Cabbarov: “Türk İnvestisiya Fondunun yaradılmasını dəstəkləyirik”

“Azərbaycan Türk İnvestisiya Fondunun yaradılmasını dəstəkləyir”. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, Fondun yaradılmasında məqsəd türkdilli ölkələrdəki iş adamlarına yalnız 3-cü tərəfin vəsaiti hesabına deyil, həm də daxili imkanlar hesabına maliyyə dəstəyinin verilməsidir: “Bu və digər mövzularla bağlı həyata keçirilən işləri dəstəkləyir və alqışlayırıq. Ölkələrimizin iqtisadi potensialı və imkanları ildən-ilə artmaqdadır. Türk İnvestisiya Fondu […]

Vaksin olunmayan müəllimlərin maaşları kəsiləcək? — AÇIQLAMA

Təhsil Nazirliyi vaksin olunmayan təhsil işçilərinin maaşlarının kəsilib-kəsilməyəcəyinə məsələsi ilə bağlı açıqlama verib. Məsələ ilə bağlı bu gün keçirilən brifingdə danışan təhsil nazirinin müşaviri Rüstəm Ağayevin sözlərinə görə, vaksinasiya prosesindən keçməyən təhsil işçiləri barədə müzakirələr gedir: “Məsələ barədə Nazirlər Kabinetinin yeni qaydaları hazırlanır. Bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”. Qeyd edək ki, Təhsil Nazirliyinin yaydığı […]

Bakı, Sumqayıt və Abşeronda yaşayan pensiyaçılara VACİB XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib. Fonddan Gulustan.info-ya verilən məlumata görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Gulustan.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd olunub ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.

Neft ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində «Brent» neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri 0,78% azalaraq 1 barelə 72,46 dollar təşkil edib. Gulustan.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,24% azalaraq 69,12 dollar təşkil edib.