Xiaomi şirkəti Redmi Note 7 smartfonunu kosmosa yolladı — Video + Foto

Xiaomi şirkəti maraqlı bir videonu təqdim edib. Həmin videoda şirkət büdcəli Redmi Note 7 smartfonunu necə kosmosa göndərdiyini sərgiləyib. Bu barədə Gagadget saytı xəbər verib. Bu maraqlı təcrübə çərçivəsində smartfon 35.000 metr yüksəkliyə qaldırılb. Başqa sözlə desək, smartfon -58 dərəcə temperaturun və 1 paskal atmosfer təzyiqinin olduğu bir şəraitdə qalıb. Kosmosda 2 saat qalandan sonra smartfon salamat şəkildə Yer kürəsinin […]

Azərbaycanda şəffaf fəaliyyət göstərməyən banklar

Hazırda banklarımızın əksəriyyəti 11 iyun 2013-cü il tarixindən qüvvədə olan “Banklarda koorporativ idarəetmə standartları”nın “Məlumatların açıqlanması” adlı 14-cü bəndinə demək olar ki riayət etmirlər. Həmin bənddə açıqlanmalı olan məlumatlar konkret sadalanır və onların bankın saytında yerləşdirilməsi tələb olunur. Hüquqşünas-ekspert Əkrəm Həsənov 30 bankın saytının monitorinqi həyata keçirib və monitorinqin nəticəsini cədvəl şəklində dərc edib. Ekspert […]

Azərbaycan Avropa ölkələrinə elektrik enerjisinin ixracına başlayıb — VİDEO

“Azərenerji” ASC Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb. Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib və uzun müddətdir ki, qonşu Rusiya, Gürcüstan, İran və Türkiyəyə elektrik enerjisi ixrac edir. Artıq may ayının 1-dən “Azərenerji” ASC Gürcüstan və Türkiyədən tranzit etməklə Yunanıstana, eyni zamanda analoji olaraq Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit […]

“Audi”-dən zamanın tələbinə uyğun avtomobil — FOTO

Alman şirkəti “Audi” yeni ekoloji avtomobilini Şanxay avtosalonunda təqdim edib. Şirkət gələcəyin eko-avtomobilini məhz belə görür. “AI:ME” konsepti nəinki futuristik daxili görünüşə, həm də qeyri-adi bir yeniliyə malikdir. Mühəndislər avtomobilin salonunun tavanına əsl bağ yerləşdiriblər. Qeyri-adi çiçək sarmaşıqları üçün xüsusi çardağ hazırlanıb, bu da bitkinin sarmaşmasına kömək edəcək. Yaradıcıların fikrincə, bu salondakı havanın keyfiyyətini artıracaq […]

Öz şəxsi bizneslərini qurmaq istəyənlərin NƏZƏRİNƏ!

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkının ərazisində turistlərə iaşə xidməti göstərilməsi üçün sahibkarlara suvenir və hədiyyələrin, ayaqüstü qida məhsullarının satışı məqsədilə yüngül taxta və dəmir konstruksiyalı köşklərin qurulmasını təklif edir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib. Onun sözlərinə […]

Vergi məsələlərində yenilik — Vergi Ombudsmanı institutu fəaliyyətə başlayır

Vergiödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək məqsədi ilə vergilər naziri Mikayıl Cabbarovun əmri ilə Vergilər Nazirliyində Vergi Ombudsmanı institutu yaradılıb və nazirin müşaviri Elçin Məmmədov Vergi Ombudsmanı təyin edilib. Bununla bağlı mayın 3-də Vergilər Nazirliyində brifinq keçirilib. Brifinqdə Elçin Məmmədov mövcud beynəlxalq təcrübəyə əsaslanmaqla Azərbaycanda Vergi Ombudsmanı İnstitutunun yaradılması və fəaliyyətə başlaması barədə məlumat verib. Bildirilib ki, vergi […]

Bakıdan Xarkov şəhərinə cəmi 29 avroya uçmaq imkanı — Buta Airways

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti mayın 3-dən Bakıdan Ukraynanın daha bir şəhərinə — Xarkova birbaşa aviareyslərə başlayıb. Aviareyslər çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Bu istiqamətə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında («Büdcə» və «Standart» tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində («Super» tarifi ilə) əldə etmək […]

Çin şirkətləri Azərbaycanla əməkdaşlığa start verir — $300 mln. yatıracaq

Bakı və Pekin Azərbaycan-Çin Sənaye Zonası yarada bilər. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib. “Biz Azərbaycanda ASK məhsullarının istehsalı və emalı ilə məşğul olmağı planlaşdıran Çin şirkətlərindən biri ilə bu ölkəyə ixracın təşkilinə dair danışıqlara başlamışıq. Bu çox maraqlı təklifdir, Çin şirkətinin nümayəndələrinin səfərini gözləyirik. Gələcəkdə Azərbaycan-Çin Sənaye Zonasının yaradılması mümkündür”, — Ş.Mustafayev AzTV telekanalının […]