Bu il Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyulacaq

Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli bu il qoyulacaq və müəssisənin tikintisi gələn ilin sonuna qədər yekunlaşacaq. Bu barədə jurnalistlərə açıqlamasında «Azərmaş» ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib. “İlkin mərhələdə zavodda həm Avropa, həm də Asiya ölkələrinə məxsus ildə 500 avtobusun istehsalı nəzərdə tutulub. Müəssisə təxminən 5 hektar ərazidə fəaliyyət göstərəcək və 100 […]

Mərkəzi Bank: Bahalaşma 2 faizdən aşağı olub

Bu ilin ilk iki ayı ərzində ərzaq qiymətlərinin bahalaşması 2 faizdən aşağı olub. Mərkəzi Bankdan məlumata görə, bu ilin yanvar-fevral aylarında (ötən ilin dekabrına nəzərən) inflyasiya 0.8% təşkil edib. O cümlədən, qiymətlərin ümumi səviyyəsi ərzaq məhsulları üzrə 2.1% və qeyri-ərzaq məhsulları üzrə 0.2% artıb, xidmətlər üzrə isə 0.6% aşağı düşüb. Ərzaq qiymətləri başlıca olaraq mövsümi […]

Bank sahəsində yeni dövr — Barmaq izi skanerinə malik bank kartları hazırlanır

Rəqəmli təhlükəsizlik sahəsində fəaliyyət göstərən Niderlandın «Gemalto» şirkəti daxili barmaq izi skanerinin köməyi ilə ödəniş etməyə imkan verəcək debet kartı hazırlayır Bu futuristik ödəniş texnologiyası növbəti ay real şəraitdə sınaqdan keçiriləcək. Britaniyanın «Natwest» bankının öz müştəriləri üçün çıxardığı 200 sınaq kartının köməyi ilə PIN kod daxil etmədən təmassız NFC ödənişləri həyata keçirmək mümkün olacaq. «Gemalto» […]

Özəl təhsil müəssisələrinə vergi güzəşti — Dövlətdən dəstək

Vergi Məcəlləsinin 218.5.13-cü maddəsinə əsasən, özəl təhsil müəssisələri sadələşmiş verginin ödəyiciləri siyahısına aid edilməyib İqtisadçı Rəşad Əliyev bildirib ki, məktəbəqədər tərbiyə, ümumtəhsil (liseylər və gimnaziyalar daxil olmaqla), peşə məktəbləri və peşə liseyləri, orta ixtisas və ali təhsil müəssisələrinin fəaliyyəti xüsusi razılıq alınması tələb edilən sahibkarlıq fəaliyyəti növünə aiddir. Ona görə də bu fəaliyyət kriteriyalarına aid […]

“Volkswagen” konsernində insan əməyi dövrü başa çatır?

Almaniyanın “Volkswagen” avtokonserni əl əməyi ilə icra edilən bəzi funksiyaların avtomatlaşdırılmasına və sərbəst qalan vəsaitin müasir IT-sistemlərə yatırılmasına keçid sayəsində 2024-cü il üçün təqribən 7 min iş yerini ixtisar edəcək. İstehsalçı ştatın ixtisar edilməsi hesabına hər il gəlirlərini 6 milyard dollar artıracaq. İxtisaslı işçilər üçün bu kədərli xəbəri avtokonsernin mətbuat xidmətinin başçısı Volsburqda açıqlayıb. Şirkətin […]

Uşaqpulu və sosial müavinətin fərqi — Deputatın izahı

Sosial müavinətlərin 30-40 növü var Onlardan biri də uşaq pulu deyilən sosial müavinət növüdür. Yəni əslində, uşaq pulu elə sosial müavinət deməkdir. Sadəcə, sovetlər dövründə, həmçinin, yaşlı insanlar arasında uşaq pulu sözü işlədilirdi. Bu baxımdan, uşaqlarla bağlı sosial müavinətlərin, uşaq pulunun bərpasının tərəfdarıyam. Bir şərtlə ki, bunun öncədən maliyyə tutumu, neçə il ərzində və nə qədər veriləcəyi […]

Problemli kreditlərlə bağlı daha çox soruşulan bu SUALLARA cavab verildi

Maliyyə Bazarlarına Nəzarət Palatası problemli kreditlərlə bağlı yaranan suallara aydınlıq gətirib. “Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası ilə bağlı qaydalar hazırlanır. Qaydalar Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla birgə hazırlanır: Sual: Fərmana əsasən kompensasiya ödənişi hansı növ kreditlərə şamil olunur? Cavab: Fərmana əsasən kompensasiya ödənişi […]

Çin dünyanın ən böyük sığorta bazarına çevrilməyinə iddialıdır

Çin 2030-cu illərin ortasında ABŞ-ı qabaqlayaraq, dünyanın ən böyük sığorta bazarına çevriləcək Bu məlumat “Swiss Re” analitika təşkilatının hesabatında yer alıb. Bildirilir ki, 2013-cü ildən 2017-ci ilədək Çində həyat sığortasının orta artımı 17 faiz, digər sığorta sahəsində isə artım 16 faiz olub. Qarşıdakı illərdə bu rəqəmlərin nisbətən azalmaq ehtimalı olsa da, Çinin dünyanın ən böyük […]