Bakı 30 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

Bu şəxslərə əlavə ödənişlər ediləcək — Əli Əsədov qərar imzaladı

Nazirlər Kabienti xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsinin və əlavənin ödənilmə müddətinin müəyyən edilməsi barədə qərar verib. Kanal8 xəbər verir ki, bununla bağlı baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsi aşağıdakı kimi müəyyən edilib: – Əmək […]

Dünya liderlərinin çip savaşı – ABŞ, yoxsa Çin qalib gələcək?

“Pandemiyadan əvvəl başlamış ABŞ – Çin rəqabəti kəskinləşərək davam edəcək. Buna işarə edən xeyli gəlişmə belə var”. Kanal8 xəbər verir ki, bu fikri pandemiya dönəmində baş verən hadisələr və ölkələrin münasibətlərini şərh edən politoloq Şahin Cəfərli deyib. Şahin Cəfərli bildirib ki, bu rəqabətin əsas istiqaməti texnoloji liderlik uğrunda mübarizədir: “ABŞ bu sahədə liderliyini qorumağa, Çin […]

«AGBank» və «NBC Bank»ın lisenziyaları ləğv edilib

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci və 57.3-cü maddələrinə əsasən “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrahbank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmuş, bu bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdir. Daha sonra […]

Neft bahalaşmaqda davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyul müqaviləsinin dəyəri 4,82% artaraq 1 barelə görə 30,88 dollar təşkil edib. Gulustan.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 4,54% artaraq 24,62 dollar təşkil edib.

Pensiya alanların nəzərinə

May ayı üzrə pensiyaların ödənişinə başlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Kanal8-ə verilən məlumata görə, Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ, Nizami, Nərimanov, Xətai rayonları, həmçinin Naxçıvan MR, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib. Sabah isə Bakının Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiyalar ödəniləcək. Yaxın günlərdə ölkəmizin digər […]

Vergi ödəmələrinin vaxtı uzadıldı

Xüsusi karantin dövrü ilə əlaqədar (31 mart – 31 may) vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddətinə dəyişikliklər edilib. Gulustan.info xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Belə ki, fəaliyyətinə icazə verilən, o cümlədən regionlar üzrə fəaliyyətinə icazə verilən sahələr üzrə vergi ödəyiciləri tərəfindən ötən ilin yekunlarına görə […]

Azərbaycanda ödənmiş ƏDV-nin bir hissəsinin alıcıya geri qaytarılması şərtləri açıqlanıb

Azərbaycanda ticarət, xidmət və ictimai iaşə məntəqələrində ödənmiş ƏDV-nin bir hissəsinin alıcıya geri qaytarılması şərtləri açıqlanıb.  Belə ki, fiziki şəxs olan alıcılar pərakəndə ticarət və ya ictimai iaşə obyektlərindən alınmış mallara ödənilən məbləğin ƏDV-ni geri qaytara biləcəklər. Əsas məqsəd alıcıların alış-veriş zamanı əsasən nağdsız ödənişlərdən istifadə etməsi və bu yollada Nağdsız ödənişlər edildiyi zaman kartla […]

Sosial yardımla bağlı tələblər azalacaq — Nazirlik açıqladı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı proqramına əlçatanlığının artırılması üçün növbəti addım kimi, sosial yardım üçün müraciət proseduru daha sadə şəkildə qurulur. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni layihə hazırlanıb. Nazirlikdən Kanal8.az-a verilən məlumata görə, layihəyə əsasən, vətəndaşlar ünvanlı yardım üçün elektron qaydada müraciət edərkən […]