Bakı 20 ℃

USD 1.7
RUB 0.0307
EUR 1.8199
TRY 0.1052
Qızıl 3167.202
Gümüş 37.5012

Aprel ayının pensiyaları tam ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb. Nazirlikdən Gulustan.info-ya bildirilib ki, aprelin 8-dən başlayaraq əvvəlcə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, aprelin 15-də isə bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödənilib. Qeyd olunub ki, vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq […]

Mərkəzi Bank dollarla bağlı məlumat yayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Gulustan.info-nun məlumatına görə, 2021-ci ilin aprelin 15-də ABŞ dollarının məzənnəsi dəyişməyərək, 1,7000 manat təşkil edib, 1 Rusiya rublu 0.0223 manata enib, 1 avro 2.0357 manata, 1 türk lirənin məzənnəsi isə 0.2103 manata yüksəlib.

Pensiya 362 manat oldu – Nazirlik açıqlayıb

Sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların məbləğində artım 2021-ci ilin ilk rübündə də davam edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 11,8% artaraq 1 aprel tarixinə 332 manata çatıb. O cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 362,3 manata çatıb ki, bu […]

Mərkəzi Bank dollarla bağlı məlumat yayıb

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 0,58 % artaraq 2,0332 manat, Rusiya rublunun məzənnəsi isə 1,82% irəliləyərək 0,0224 manat təşkil edib.

Azərbaycanda pensiya artıb

2018-2020-ci illərdə Azərbaycanın pensiya xərcləri 36% artaraq 4,5 milyard manat təşkil edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı 3 illik hesabata istinadən xəbər verir. Sənədə əsasən, hesabat dövründə ölkədə müavinətlər 2,2 dəfə artaraq 613 milyon manat, təqaüdlər 3,5 dəfə artaraq 326 milyon manata çatıb Bundan başqa, 3 il ərazində Azərbaycanda orta aylıq […]

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. 2021-ci ilin aprelin 13-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 2.0215 manata, 1 Rusiya rublu 0.0220 manata, 1 türk lirənin məzənnəsi isə 0.2085 manata yüksəlib.

Azərbaycanda bu peşə sahiblərinin maaşları iki dəfə artırılır

Azərbaycanda prokurorluq işçilərinin maddi təminatı gücləndirilir. Bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik təklif edilir. Dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Zədələnmiş pulları olanların NƏZƏRİNƏ — Bu yerlərdə dəyişdirə bilərsiniz

Mərkəzi Bank tərəfindən “Tədavüldə təmiz pul siyasəti”nin realizasiyası və pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Mərkəzi Bankdan Gulustan.info-ya verilən məlumata görə, bu çərçivədə əhalidə olan yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi, eləcə də nağd pulla bağlı sorğuların və müraciətlərin cavablandırılması məqsədilə Mərkəzi Bankda və onun ərazi idarələrində (Naxçıvan MR İdarəsi, […]