“AXA MBask” Sığorta Şirkətinin lisenziyasının qüvvəsi ilə bağlı YENİ XƏBƏR

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “AXA MBask” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsini məhdudlaşdırıb. Bu barədə Palatanın açıqlamasında bildirilir. Məlumatda deyilir ki, «AXA MBask»ın müraciəti əsasında, MBNP-nin İdarə Heyətinin qərarı ilə sığorta şirkətinə “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari […]

Tam yenilənmiş Range Rover Bakıda təqdim olundu — Foto

Böyük Britaniyanın ən böyük avtomobil istehsalçısı “Jaguar Land Rover” şirkətinin premium kompakt (yığcam) SUV modelinin — tam yeni Range Rover Evoque-un Azərbaycanda satışına başlanılır Mayın 11-də «Jaguar Land Rover» avtomobillərinin Azərbaycanda rəsmi dileri olan “Avtolüks-Azərbaycan” MMC-nin Bakıda Aşıq Molla Cümə küçəsi 42B ünvanında yerləşən salonunda yeni Range Rover Evoque 2020 modelinin media üçün təqdimatı keçirilib. […]

Çindən gətirilən malların gömrük rüsumunun artırılması ilə bağlı AÇIQLAMA

«Bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarda ölkə ərazisinə Çindən idxal edilən bəzi malların qiymətlərinin gömrük orqanları tərəfindən artırıldığı, dolayısı ilə «Binə» və «Sədərək» ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların fəaliyyətinə problemlər yaradıldığı iddia edilir. Belə ki, həmin media qurumlarına açıqlama verən sahibkarlar daşıma qiymətlərinin artırıldığını, «karqo» adlandırdıqları şirkətlərə bununla bağlı ünvanladıqları müraciətlərinə isə artımın gömrük […]

Samsung Galaxy A20 smartfonunun xususiyyətləri

Galaxy A məhsul xəttinin ikinci təmsilçisi Galaxy A20 şirkətin 3D Glasstic adlandırdığı dizaynda ərsəyə gətirilib. Cihazın korpusu premium şüşə örtüyünü imitasiya edən hamarlanmış plastikdən ibarətdir. Galaxy A20 bucaqlarının dəyirmi şəkildə icra edilməsi cihaza müasir görünüş bəxş edir. Bütün seriyada müşahidə olunduğu kimi, burada da ekran korpusun ön tərəfinin böyük hissəsini tutaraq 85% artığını təşkil edir. […]

Təzə Bazarla bağlı QƏRAR — Yenidən qurulacaq (Foto)

Bakının Səməd Vurğun küçəsində yerləşən «Təzə Bazar» adlanan iaşə obyektində əsaslı yenidənqurma işləri aparılacaq Bu barədə «SkyscraperCity Azerbaijan» səhifəsində məlumat verilib.Məlumatda yeni dizayn təkliflərinin azərbaycanlı memar Nəriman İmamalıyev tərəfindən verildiyi bildirilir. Təklif verilməsinə baxmayaraq, hələ yekun dizaynla bağlı qərar verilməyib. Qeyd edək ki, 2017-ci ildə «Vergilər» qəzetində «Təzə bazar» Ticarət Mərkəzinin bağlandığına dair məlumat yayılmışdı. […]

Google şirkəti öz axtarış sisteminə artırılmış reallıq texnologiyasını əlavə edəcək

Google şirkəti özünün I/O 2019 tədbiri çərçivəsində yeni Pixel smartfon modelləri və Android Q əməliyyat sistemindən başqa digər məhsullarını da təqdim edib. Bura Google şirkətinin axtarış sisteminin yenilənmiş versiyası da daxildir. Belə ki, axtarış sisteminin yenilənmiş versiyasına artırılmış reallıq (AR) texnologiyası inteqrasiya edilib. Bu barədə Gagadget saytı xəbər verib. Bundan sonra axtarış sisteminin axtarış nəticələrində standart fotolar, məlumatlar və linklərdən əlavə olaraq həmçinin 3D modellər də […]

Çin məhsullarına qarşı gömrük tarifi 2 dəfədən çox qaldırıldı — ABŞ-da

ABŞ, 200 milyard dollarlıq Çin məhsullarna qarşı gömrük tarifini 10 Maydan etibarən 10 faizdən 25 faizə qaldırır Qərar ABŞ-ın rəsmi qəzeti olan «Federal Register»da dərc olunub. ABŞ Prezidenti Donald Tramp qərarın ardından «Twitter» hesabından verdiyi açıqlamada, Çin Baş nazirinin köməkçisi Liu He-nin danışıq aparmaq üçün Vaşinqtona gələcəyini bildirib.  Tramp Twitter mesajında «Görəcəyik.  Ancaq illik 100 milyard […]

İtaliyanın Baş naziri “EastMed” boru kəmərinin TAP-a birləşə biləcəyini bildirdi

Şərqi Aralıq dənizi ehtiyatlarının Yunanıstana nəqlini nəzərdə tutan “EastMed” təbii qaz boru kəməri Azərbaycan qazını Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) boru kəmərinə birləşə bilər. Bu barədə İtaliyanın Baş naziri Cüzeppe Konte deyib. “EastMed” təbii qaz boru kəmərinin davamı kimi nəzərdə tutulan “Poseidon” adlı boru kəmərinin inşasına icazə verməyəcəklərini deyən Baş nazir “EastMed”in TAP-a birləşməsini istisna etməyib. […]