Maşın bazarından xəbər var — Bu avtomobillərin qiyməti ucuzlaşır

Azərbaycanın maşın bazarında uzun müddət durğunluqdan sonra müəyyən aktivlik müşahidə olunur. Bunu əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib. Expert bildirib ki, adətən maşın bazarında yay aylarında alıcılıq qabiliyyəti artır. Hazırda insanlar əsasən mühərrik həcmi kiçik olan avtomobillərə üstünlük verirlər: “Mühərrik həcmi 3 litrdən çox olan avtomobillərə tələbat çox aşağıdır. Bu baxımdan, bu avtomobillərin qiymətində […]

Marketlərdə ərzaq qiymətlərində son durum nədir? — ARAŞDIRMA

Azərbaycanda fəaliyyət göstərən iri mağazalar şəbəkələrində 45 adda ərzaq məhsullarının qiymətləri araşdırılıb. Belə ki, 29 iyul 2019-cu il tarixinə “Araz”, “Bazarstore”, “Bizim Market” və “Bravo” mağazalarındakı eyni adda mallar üçün müəyyən olunan qiymətlərin (manatla) müqayisəsi aparılıb. Müəyyən olunub ki, yalnız üç adda məhsul üzrə qiymətlər tədqiq edilən bütün marketlərdə analoji səviyyədə olub. Daha ətraflı məlumat […]

Bu gün dollarla bağlı mühüm qərar nə olacaq?

Bu gün Bakı vaxtı ilə saat 22:00-23:00 arası ABŞ-da FES faiz qərarını açıqlayacaq, çox güman uçot dərəcəsi 0,25 faiz aşağı çəkiləcək, bu da dünyada ticarət müharibələri ilə yanaşı valyuta müharibələrini də qızışdıracaq. Bu sözləri FES-in bu gün gözlənilən faiz dərəcələri ilə bağlı açıqlaması haqında danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, FES-dən sonra dünyanın […]

Telefon bazarına yeni smartfon gəlir — TikTok

Məşhur TikTok servisinin yaradıcısı olan Çinin Bytedance şirkəti rəsmi olaraq təsdiqlədi ki, o öz smartfon modelini hazırlayır. Smartfonun hazırlanması ilə isə məşhur istehsalçı məşğul olacaq. Qeyd etmək lazımdır ki, Bytedance şirkətinin fərdi smartfon modeli üzərində çalışması barəsində məlumat bir neçə müddət bundan öncə ortaya çıxmışdı. Bu barədə Engadget saytına istinadən 4pda saytı xəbər verib. Şirkət bildirib ki, smartfonun istehsalı ilə Çinin Smartisan Technology şirkəti məşğul […]

Şəhid ailələrinə birdəfəlik ödəmələrlə bağlı YENİ XƏBƏR

Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına istinadla xəbər verilir ki, nazirlikdə fəaliyyət göstərən Komissiya növbəti iclasında daha 227 şəhid […]

Türk lirəsi bahalaşmaqda davam edir

Türk Lirəsi dollar qarşısında bahalaşmaqda davam edir. Dollar 5.56 lirə səviyyələrinə düşüb. Dünən 1%-dən çox düşərək 5.67-dən 5.60-a qədər geriləyən Dollar/TL məzənnəsi bu gün də geriləməkdə davam edib və 0.9%-dən çox azalma ilə 5.5629-u test edib.  Avro 0.7% ucuzlaşaraq 6.20 lirəyə geriləyib.   Bu həftə ABŞ Mərkəzi Bankının faiz qərarı məzənnənin hərəkəti baxımından əhəmiyyətli olacaq. Fed-in 2008-ci ildən bəri ilk […]

İran nefti müştərisiz qaldı

“Kpler” dəniz naviqasiyası şirkətinin yeni yaydığı statistikada iyul ayı ərzində körfəzdə və onun ətrafında lövbər salmış tankerlərdə müştərisiz qalan İran neftinin həcminin 56 milyon barel olduğunu qeyd edilir. Statistikaya əsasən, İranın iyulda müştərisiz qalan neftinin həcmi may ayının əvvəlinə, yəni Amerikanın sanksiyalarda istisna kimi tanıdığı ölkələrə verdiyi möhlət müddətini dayandırmasıyla eyni zamanda olan rəqəmlərə nisbətən […]

Azərbaycana gətirilən avtomobillər üçün gömrük rüsumunda yeni QAYDA

Azərbaycana idxal edilən istismar edilmiş avtonəqliyyat vasitələrinə dair norma müəyyənləşib. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib. Beləliklə, traktorlar, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri (avtobuslar), yük-sərnişin avtomobil-furqonları və […]