Bakı 19 ℃

USD 1.7
RUB 0.0307
EUR 1.8199
TRY 0.1052
Qızıl 3167.202
Gümüş 37.5012

Neftin qiyməti 139 dollara çatıb

Dünya bazarlarında «Brent» neftinin qiyməti 139 dollara çatıb. Gulustan.info bu barədə «Bloomberg» agentliyinə istinadən məlumat verir. Qeyd olunur ki, neft qiymətləri bu həddə çatandan sonra qismən ucuzlaşmağa başlayıb. Hazırda birjalarda «Brent» neftinin may fyuçersləri 130 dollar/barel ətrafında alınıb satılır. Ötən həftəsonu ilə müqayisədə qiymət artımı 18 faizə bərabər olub. «JPMorgan Chase & Co.» agentliyinin proqnozlarına əsasən, […]

Azərbaycan neftinin qiyməti 119 dollara yaxınlaşıb

Dünya bazarında «Azeri Light» (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,52% və ya 0,61 dollar artaraq 118,78 dollar təşkil edib. Xatırladaq ki, bu ilin fevral ayının nəticələrinə əsasən, dünya bazarında «Azeri Light» (CIF) markalı neftin 1 barelinin orta qiyməti 98,72 ABŞ dollarına bərabər olub. Bu, 2021-ci ilin fevral ayının göstəricisi […]

Azərbaycan neftinin qiyməti 118 dolları keçib

Dünya bazarında «Azeri Light» markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,07 ABŞ dolları, yaxud 1,8 % artaraq 118,17 ABŞ dollarına çatıb. Dünən “Brent” markalı neftin bir bareli 112,35 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, «Azeri Light» neftinin ən aşağı qiyməti 2020-ci il aprelin […]

Azərbaycan neftinin qiyməti 116 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,2 ABŞ dolları, yaxud 3,75 % artaraq 116,1 ABŞ dollarına çatıb. Dünən “Brent” markalı neftin bir bareli 112,93 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin […]

Aİ-dən həlledici QƏRAR: Rusiyanın yeddi bankı SWIFT-dən çıxarılıb

Avropa İttifaqı növbəti anti-Rusiya sanksiyalarını qəbul edib və yeddi Rusiya bankını SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sistemindən ayırıb. Bu barədə Avropa İttifaqının rəsmi jurnalında dərc olunan sənəddə deyilir. Qeyd olunur ki, VTB, “Rossiya”, “Otkrıtiye”, “Novikombank”, “Promsvyazbank”, “Sovkombank” və “Vneşekonombank” bankları bu sistemin xidmətlərindən yararlana bilməyəcək.

Azərbaycan neftinin qiyməti 112 dollara yaxınlaşır

Dünya bazarında «Azeri Light» (CIF) markalı neftin qiyməti artıb. Gulustan.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 9,4% və ya 9,6 dollar artaraq 111,9 dollar təşkil edib.

Nazirlik pensiya, müavinət və təqaüdlərin nə qədər artdığını açıqlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya, müavinət və təqaüdlərin nə qədər artdığını açıqlayıb. Nazirlikdən Gulustan.info-ya verilən məlumata görə, Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında bu ilin əvvəlindən növbəti islahat paketi çərçivəsində pensiya, müavinət və təqaüdlərin artırılması təmin edilib. Ölkə əhalisinin 12 faizini əhatə edən pensiya təminatında ilin əvvəlindən iki istiqamətdə artım baş verib: — Minimum […]

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 20 faizədək artırıb

Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası Ukrayna ilə bağlı baş verənlər fonunda rublun kəskin ucuzlaşmasının qarşısını almaq üçün uçot dərəcəsinin birdən-birə 10,5 faiz bəndi artırılaraq 9,5%-dən 20 %-ə qaldırılması barədə qərar qəbul edib. Gulustan.info bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Xatırladaq ki, Rusiya Bankı sonuncu dəfə bu il fevralın 11-də uçot dərəcəsini 8,5%-dən 9,5%-ə qaldırmışdı.